Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-14/2024 15.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2023-cü tarixli protokol və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş haqqında İXP ******* nömrəli, xx.xx.2023-cü tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Əliyev X1 DYŞ-nin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta protokolu üzrə yol hərəkəti qaydalarını pozduğuna görə ona 14 iyun 2023-cü il tarixli, TP5791847 saylı qərarla təyin edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 03 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin 3(012)-1476/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Abşeron DYPŞ-nin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta protokolu üzrə yol hərəkəti qaydalarını pozduğuna görə barəsində İXM-nin 327.2 maddəsinə görə təqsirli bilinib 60 manat cərimə edilməsinə dair tərtib olunan 14 iyun 2023-cü il tarixli TP5791847 saylı qərar ləğv edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Abşeron rayon Məhkəməsinin 3(012)- 1476/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Abşeron DYPŞ-nin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta protokolu üzrə yol hərəkəti qaydalarını pozduğuna görə barəsində İXM-nin 327.2 maddəsinə görə təqsirli bilinib 60 manat cərimə edilməsinə dair tərtib olunan 14 iyun 2023-cü il tarixli TP5791847 saylı qərar ləğv ləğv edilib işin icraatına xitam verildiyindən, xitam verilmiş icraat üzrə, yenidən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi tərəfindən protokol tərtib edilməsi qanunsuz və yolverilməzdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinin 12ci bəndində qeyd olunmuşdur ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədilə məcburi icraya yönəldilir. Cərimə və müvafiq olaraq hesablanmış dəbbə pulu ödənildikdə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərara xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş İXP ******* nömrəli, xx.xx.2023-cü tarixli protokol üzrə işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-14/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-14/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver