Məhkəmə qərarları › İş №3(012)-140/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-140/2024

15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-140/2024 15.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu müdafiə edən şəxs: X5 Patrul Xidmətinin polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Arif oğlunun iştirakları ilə, xx.xx.2004-cü il tarixdə İsmayıllı rayonunun Uştal- Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tələbə, İsmayıllı rayonu, Qalagah Ərazi Dairəsi, Uştal-Qışlaq kəndində qeydiyyatda olan. (***-***-**-**) Şəxs Arif oğlunun Şəxs Arif oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Arif oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 yanvar 2024cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X5 Patrul Xidmətinin polis serjantı X2 bildirmişdir ki, Şəxs Arif oğlu xx.xx.2024-cü il tarixdə saat 21:30 radələlərində Abşeron rayonu, Goradil Bağlarında “Mercedes Benz 190” minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə ictimai qaydanı nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətlər etmiş və həmçinin nəqliyyat vasitəsini qəflətən sürətləndirmiş, yolun səthində çoxsaylı təkər izləri buraxaraq sosial şəbəkələrdə paylaşımlar etmişdir. Nəticədə sürücü avtomobillə digər hərəkət iştirakçıları üçün təhlükə yaratmışdır. Odur ki, tərtib olunmuş protokola əsasən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan Şəxs Arif oğlu məhkəmə iclasında törətmiş olduğu inzibati xəta ilə bağlı özünü təqsirli bilərək, bildirmişdir ki, o, hadisə günü yəni xx.xx.2024cü il tarixdə atasına məxsus etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 190” minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilini yaranmış nasazlıqla əlaqədar təmirdən gətirdiyi zaman yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə bağlı hərəkətlər etmiş və həmin hərəkətlərin videogörüntü ilə qeydiyyata alınacağından xəbərsiz olmuşdur. Etdiyi əməli bir daha təkrarlamayacağını, hazırda X3 İİ kurs tələbəsi olmasını, əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Arif oğlu 13 yanvar 2024-cü il tarixdə idarə etdiyi “Mercedes Benz 190” minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hadisənin görüntülərini əks etdirən diskdən görünür ki, “Mercedes Benz 190” minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili qəflətən sürətləndirməklə müxtəlif manevlər edərək hərəkətdə olan digər sürücülər üçün təhlükə yaratması, habelə yol nişanlarının tələblərini pozması və digər hərəkət iştirakçılarına mane olması müşahidə edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Arif oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan əməlləri törətməsi tam sübuta yetirilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən Şəxs Arif oğlunun səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. 33-cü maddəsinə əsasən Şəxs Arif oğlunun əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinə müvafiq olaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və törətdiyi inzibati xətaya görə səmimi peşmançılığını, eləcə də onun universtet tələbəsi olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs Arif oğluna inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, xəta törədən şəxsi xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, bundan əlavə cəmiyyətin maraqlarını və universitet tələbəsi olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla ən aşağı həddə cərimə cəzası tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Arif oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın "cərimə" hissəsi şəxsin qeydiyyat yeri üzrə icra qurumuna, "nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması" növrbaycan Respublikası DİNDaxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vaitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar