Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1402/2021 29.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.6-cı maddələri ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 05 avqust 2021-ci il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olduğu “Opel Astra” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsində telefonu əlində saxlamaqla istifadə etdiyi üçün ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılmış və aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xəta üzrə özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, 05 avqust 2021-ci il tarixdə evdən çıxıb işə gedərkən yolda telefonla danışmış və bu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, həmin gün spirtli içki qəbul etməmiş, avtomobildə saxladığı spirtlə əllərini dezinfeksiya etmiş və alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Yalnız 04 avqust 2021-ci il tarixdə pivə içmişdir. Sonda o, əməlində inzibati xəta tərkibinin olmamasını əsas gətirib barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan 05 avqust 2021-ci il tarixli, 5570 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs qeyd olunan inzibati xətanı törədən zaman alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Bununla yanaşı qeyd olunan rəyin yoxlanılan şəxsin müayinəsinin nəticəsi ilə tanışlığı haqqında qeyd bölməsindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs həmin hissədə “pivə içmişəm” sözlərini qeyd edərək imza etmişdir. İş materiallarında olan Şəxs məxsus sürücülük vəsiqəsindən görünür ki, Şəxs AE 057124 saylı, BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və həmin sürücülük vəsiqəsi 28.02.2030-cu ilədək etibarlıdır. İş materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə 05 avqust 2021-ci il tarixli aktdan görünür ki, “Opel Astra” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ ilə idarə etdiyi “Opel Astra” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsində telefonu əlində saxlamaqla istifadə etmiş və sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.6-cı maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin dispozisiyasına görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Bununla belə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinin dispozisiyasına görə nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. .Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Sumqayıt Şəhər İcra İdarəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsiilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1402/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1402/2021
29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver