Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1402/2022 16.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1998-ci ildə Bərdə rayonu, Alaçadırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Laçın rayonu, Vəlibəyli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, yarımçıq məktəb binası ünvanında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X2 Polisi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Şəxs etibarnamə əsasında idarə etdiyi “Toyota Prius (Hibrid) minik” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin M.Ə.Rəsulzadə küçəsi ilə kəsişməsində hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq (işıqforun qırmızı işığını gözləmədən hərəkət etdikdə) Zərərçəkmiş şəxs4 idarə etdiyi **-DG-*** dövlət qeydiyyat nişanlı Toyota Carolla markalı avtomobili ilə toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs4 və sərnişinlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 yüngül dərəcəli bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə sərnişini götürüb Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt-Bakı yolu ilə hərəkət etmiş, Masazır dairəsinə çatdıqda diqqətsizliyindən işıqforun qırmızı işığını gözləmədən hərəkət etmiş, **- DG-*** dövlət qeydiyyatlı nişanlı Toyota Carolla markalı avtomobillə Masazır dairəsində toqquşmuşdur. Hər iki maşın sürüşərək Masazır dairəsindəki səkiyə çırpılmışdır. Nəticədə idarə etdiyi avtomobildə olan sərnişin və **-DG-*** dövlət qeydiyyatlı nişanlı Toyota Carolla markalı avtomobildə olan dörd nəfər şəxs xəsarət almışdır. Həmçinin avtomobili idarə etdiyi zaman ayıq vəziyyətdə olduğunu, sərxoş olmadığını, hazırda törətdiyi əməldən peşman olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1584 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol diz oynağında bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağı nahiyəsinin dərialtı hematoması və əzilmiş yaraları, eləcə də sağ bazunun sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1588 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin sıyrığı, sol yanaq və sol almacıq nahiyələrini əhatə edən sahənin sıyrıqlı fonda dərialtı hematoması bərk küt əşya (əşyalar) təsirindən törənmişdir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1585 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – boynun əzələ bağı aparatının gətirilməsi ilə müşayiət olunan aşağı 1/3-nin qançırı, sol diz nahiyəsinin şişkinlik fonunda əzilmiş-cırılmış yaraları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1589 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol ayaq üstü nahiyənin yarası, sağ baldırın qançırı küt əşya (əşyalar) təsirindən törənmişdir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücülər Zərərçəkmiş şəxs4 və Şəxs hadisə vaxtı ayıq olmuş, onlarda alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın icrası BDYPİ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1402/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1402/2022
16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver