Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1403/2020 15.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon RPİ-nin Mehdiabad PB-nin polis sahə rəisi, polis kapitanı X8, inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2i ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-dən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon RPİ-nin Mehdiabad PB-nin polis sahə rəisi, polis kapitanı X15 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon RPİnin Mehdiabad PB-nin polis sahə rəisi, polis kapitanı X15 bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən evdən 88 manat 23 qəpik dəyərində su sayğacını talamaqla nəticədə ona 88 manat 23 qəpik manat dəyərində ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru Babaşov Aslan Sarı oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Məmmədli kəndində yerləşən X11 məxsus evin həyətindən 1 ədəd 90 manat dəyərində su sayğacını talamaqla nəticədə ona 90 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X19 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə saat 23.00 dan xx.xx.2020-ci il tarixdə 10.00-dək olan müddət ərzində Abşeron rayonu, Məmmədli kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus evdən 1 ədəd 35 manat dəyərində su mühərrikini və 1 ədəd dəyəri 50 manat olan su qızıdırıcısını talamaqla nəticədə ona 85 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X19 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə saat 04 radələrində Abşeron rayonu, Məmmədli kəndi, A.Axundov küçəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus evin həyətinə daxil olaraq 1 ədəd 60 manat dəyərində ütü və 1 ədəd 30 manat dəyərində dreli talamaqla nəticədə ona 90 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin Mehdiabad PB-nin təhqiqatçısı, polis kapitanı X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Məmmədli kəndində yerləşən Zərərçəkmiş şəxs5 məxsus evin həyətindən 1 ədəd 88 manat 23 qəpik dəyərində su sayğacını talamaqla nəticədə ona 88 manat 23 qəpik məbləğdə ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən metal qəbulu məntəqəsindən ümumi dəyəri 100 manat olan 1kq 2 manat olmaqla 30kq mis və 20 kq latun əlvan metalı talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X21 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə saat 15 radələrindən həmin gün saat 17 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi,N.Xəzri küçəsində yerləşən evə daxil olaraq evin saxlanc yerində 100 manat dəyərində 1 ədəd qızıl üzüyü talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il Abşeron rayon Polis idarəsinin Mehdiabad PB-nin təhqiqatçısı, polis kapitanı X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-cü il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsindən 4 ədəd dəmir şveller, 6 ədəd dəmir boru və 6ədəd uqolniki talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il Abşeron rayon Polis idarəsinin Mehdiabad PB-nin təhqiqatçısı, polis kapitanı X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs9 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evdən 90 manat dəyərində 1 ədəd velosipedi talamaqla nəticədə ona 90 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru Babaşov Aslan Sarı oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə X6 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evdən 100 manat dəyərində iki ədəd yataq dəsti və bir ədəd samavarı talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru Babaşov Aslan Sarı oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə X7 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış massivində yerləşən tam təmir olmayan bağ evindən 100 manat dəyərində qaynaq aparatını talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X21 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-cü il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində X16 məxsus Abşeron rayonu, Digah kəndi, yeni məhəllədə yerləşən yaşayış evindən 80 manat dəyərində LG markalı televizoru və 1 ədəd 20 manat dəyərində dreli talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru Babaşov Aslan Sarı oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Azərsun MMC-nin AL marketlər şəbəkəsinin Digah filialına daxil olaraq həmin marketdən 100 manat dəyərində müxtəlif markalı siqaretləri talamaqla nəticədə 100 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə X12 nəvəsi Mətləbəli Abbasova məxsus Abşeron rayonu, Gənclər şəhərciyində binanın qarşısında olan bağ sahəsindən 90 manat dəyərində 1 ədəd velosipedi talamaqla nəticədə ona 90 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X19 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 9, mənzil 23-də yaşayan X1 saxladığı Mercedes Benz markalı **- MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan şüşəsini sındıraraq oradan 30 manat pulu talamaqla nəticədə ona 30 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X21 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən X4 məxsus evin həyətindən su sayğacını talamaqla nəticədə ona 88 manat 23 qəpik ziyan vurmuşdur. xx.xx.2020-ci il Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X21 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış massivində yaşayan X5 məxsus evin həyətindən su sayğacını talamaqla nəticədə ona 70 manat vurmuşdur. xx.xx.2020-ci il Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Ş.Mirzəyev küçəsində yaşayan X3 saxladığı Nissan markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini sındıraraq oradan 30 manat pulu talamaqla nəticədə ona 30 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru Babaşov Aslan Sarı oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Grand yaşayış massivində yerləşən Ağdam 36№-li tam orta məktəbin direktor otağından 1 ədəd dəyəri 70 manat olan modem aparatı talamaqla nəticədə ona 70 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X19 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs inzibati xəta törətməsini qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır, ona həbs növündə inziati tənbeh tədbiri verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış etmiş müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs braəsində inzibati qərarı məhkəmənin mülahizəsinə buraxdı. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsininəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. MəhkəməAzərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 22 (iyirmi iki) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il, saat 12:00 dəqiqədən hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1403/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1403/2020
15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver