Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1404/2020 17.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının hakimliyi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi X2 və barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun vmüdafiəçisiEldəniz Quliyevin iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi X6 tərəfindən tərtib edilmiş inzibati protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında tutma protokolunu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi X3 bildirdi ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında inzibati protokolu Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi X6 tərtib etmiş, hazırda başqa tədbirdə iştirak edir. Onun işin mahiyyəti haqqında məlumatı yoxdur. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdəözünü təqsirli bilməyərək izahatında göstərdi ki, Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli saat 15:30 radələrində çıxarılmış qərarı ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 160 saat müddətinə ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuşdur. Onun barəsində qərar çıxarılmasına səbəb onun guya 06.01,2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Füzuli küçəsi ev 21-də yaşayan X7 işlədiyi Abşeron, rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Oxu kitab evi mağazasında stolun üzərinə qoyduğu içərisində 070- ***-**-** nömrəsi olan “Samsung Galaxy A30” markalı **********08842 və **********08840 İMEİ kodlu mobil telefonu talamaqla nəticədə ona 250 manat ziyan vurduğuna görə inzibati məsuliyyətə cəlb edilmişdir. Əslində Abşeron RPİ-nin əməkdaşları onu Xırdalan şəhərində yerləşən AAFF MTK-nın ərazisində baş vermiş ölüm hadisəsi ilə bağlı dindirilməsi üçün polis idarəsinə gətirmış, həm ölüm işi, həmdə inzibati xəta törətməsinə görə izahatları alınmış, Abşeron RPİ-də inzibati xəta törətməsini boynuna alarsa məhkəmədən buraxılacağı vədi ilə izahatı alınmış, o, buraxılması şərti ilə oğurluqların onun tərəfindən edilməsinə dair izahatlar vermişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 15:30 radələrində o Abşeron rayon məhkəməsinə aparılaraq barəsində inzibati işə baxılmış, o azad olunması üçün inzibati xətanı törətməsini etiraf etmiş və məhkəmədə azad olunması üçün izahatında inzibat xəta törədib guya xx xxxx 2020-ci il tarixdə Novxanı qəsəbəsində yerləşən həyətyanı sahədən 1ədəd drel, 1 ədəd laqonda, 1 ədəd mişarın və “Moşu” restoranının arxa küçəsində yerləşən həyətyanı sahədən 45 metr uzunluğunda, 90 manat dəyərində elektrik naqillərinin oğurlaması barədə izahat vermişdir. Halbuki, onun ailəsinin, valideynlərinin maddi durumu ilə əlaqədar vəziyyəti yaxşı olmuş, onun xırda oğurluq etməsinə ehtiyacı olmamşdır. O, xırda sahibkar övladıdır. Valideynləri onun hər bir ehtiyacını ödədiyi halda niyə oğurluq etməlidirki. Onun barəsində Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 227ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və ona 160 saat müddətinə ictimai işlər növündə inzibati tənbeh tətbiq olunması qərara alınmış, lakin Abşeron rayon məhkəməsindən çıxan kimi onu yenidən Abşeron RPİ-ə aparıb barəsində tutma protokolu və iki epizodda talama ilə məşğul olduğuna dair protokollar tərtib edilmiş, yenədə şübhəli şəxs kimi ölüm hadisəsi üzrə dindirilmiş, sabahı isə təkrar işinə baxılması üçün Abşeron rayon məhkəməsinə gətirilmişdir. Onun barəsində tərtib olunmuş protokollar əsassızdır. Ona görədə məhkəmədən onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs 06.01,2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Füzuli küçəsi ev 21-də yaşayan X7 işlədiyi Abşeron, rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Oxu kitab evi mağazasında stolun üzərinə qoyduğu içərisində ***-***-**-** nömrəsi olan “Samsung Galaxy A30” markalı **********08842 və **********08840 İMEİ kodlu mobil telefonu talamaqla nəticədə ona 250 manat ziyan vurduğuna görə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 160 saat müddətinə ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat16:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) vəinzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi X6 tərəfindən tərtib edilmiş inzibati protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuş, məhkəmə iclasında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi X1 Xanlar Elçin oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında inzibati protokolu Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi X6, tutma protokolunu isə onun tərəfindən tərtib edildiyini, sahə rəisi X4 hazırda başqa tədbirdə iştirak etdiyini, onun inzibati işin mahiyyəti haqqında məlumatı olmadığını bildirmişdir. Həmçinin məhkəmə zamanı müəyyən edildi ki, Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli saat 15:30 radələrində çıxarılmış qərarı ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək Şəxs barəsində 160 saat müddətinə ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş, lakin Abşeron rayon məhkəməsində işə baxıldıqdan sonra onu yenidən Abşeron RPİ-ə aparıb barəsində tutma protokolu və iki epizod üzrə talama ilə məşğul olduğuna dair protokollar tərtib edilmiş, Xırdalan şəhərində yerləşən AAFF MTK-nın ərazisində baş vermiş ölüm hadisəsi üzrə şübhəli şəxs qismində dindirilmiş, sabahı isə təkrar olaraq onun inzibati xəta törətməsinə dair tərtib olunmuş protokollara baxılması üçün Abşeron rayon məhkəməsinə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətinə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin dispozisiyasına görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama hərəkətləri həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə zamanı isə müəyyən edildi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hərəkətində xırda talamanın əlamətləri yoxdur. Onun kiminsə əmlakını talamasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, bu fakt onun özünün ifadəsi və digər iş materiallarında olan sənədlərlədə sübut olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 386-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli ücün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəlişəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatlar ıilə digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 367.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 367.0.2, 416, 425.1.3, 425.2.1, 430-432-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin227-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Şəxs dərhal məhkəmə zalında azad olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1404/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1404/2020
17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver