Məhkəmə qərarları › İş №3(012)-1405/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1405/2021

06.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1405/2021 06.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X8 katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi F. Piriyevin qəbul etdiyi 03.09.2021-ci il tarixli, MN1119345 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə 06 oktyabr 2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi F. Piriyevin qəbul etdiyi 03.09.2021-ci il tarixli, MN1119345 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən şikayətçi X4 ərizəsini belə əsaslandırdı ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli G- MG/4321-051 saylı məcburi göstərişin icra vəziyyəti araşdırılarkən X5 İdarəsinin baş mühəndisi kimi şlüzdən axıntının qarşısının alınmadığı müəyyən edildiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyi barədə məsləhətçi mütəxəssis tərəfindən MN ******* saylı 17 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokolda aşkar edilmiş inzibati xəta faktı ilə bağlı 17 avqust 2021-ci il tarixli 12044 nömrəli akt tərtib edildiyi qeyd olunsa da, faktiki olaraq onun iştirakı ilə belə bir akt tərtib olunmamış, tanış olmaq və imzalamaq üçün ona təqdim edilməmişdir. Məcburi göstərişi icra etməməyinin səbəbi barədə verdiyi şifahi izahatı nəzərə alınmamış, o, protokolun tərtib olunmasına etiraz edərək şlüzdən su axıdılmasınm kanalın normal fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar olması, suyun axıdılması ilə heş kəsin mənafeyinə ziyan vurulmaması barədə bildirdiklərinə əhəmiyyət verilməmişdir. 4 sayli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Fərid Piriyev tərəfindən imzalanmış 30.06. 2021-ci il tarixli G-MG/4321-051 sayli məcburi göstərişdə qeyd edilmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisindən keçən Abşeron Suvarma idarəsinə məxsus kanalın şlüzubdan suyun axıdılmasının qarşısının alınmasının təmin edilməsi tələb edilmişdir. Protokola etirazını bildirdiyinə baxmayaraq, kanalın şlüzubdan suyun axıdılması ilə ətraf mühitin mühafizəsi ilə bağlı qanunun hansı tələblərinin pozulması, kimin qanuni mənafeyinə ziyan vurulması əsaslandırılmadan, heç bir qanuni istinad göstərilmədən, öz versiyalarını sübuta yetirmədən barəsində inzibati-prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla 3000 (üç min) manat məbləğində cərimə edilməyi ilə balğı MN ******* sayli, 03.09.2021-ci il tarixli qərar çıxarılmışdır. Həmin qərar 15 sentyabr 2021-ci il tarixdə təqdim edilmişdir. Bildirir ki, haqqında çıxarlan qərarın heç bir hüquqi əsasları olmamaşdır. Həmin qərarı aşağıda qeyd etdiklrinə əsasən qanunsuz hesab edir. Belə ki, X5 İdarəsinin balansında olan, başlanğıcını Ceyranbatan su anbarından götürən, uzunluğu 73 km olan X7 Abşeron yarımadasında yerləşən 18100 ha torpaq sahələrinin, suvarma suyu ilə təmin edilməsi (onlardan 14753 ha mexaniki üsulla nasos stansiyaları vasitəsi ilə) məqsədi ilə inşa edilmişdir. Kanalın suyundan əkin sahələrinin suvarılması ilə yanaşı, eyni zamanda mühüm dövlət əhəmiyyətli obyektlərin, yaşıllıqların su təminatı həyata keçirilir, onun suyundan kanal ətrafında yaşayan sakinlər tərəfindən kommunal-məişət ehtiyacları üçün də istifadə edilir. X7 "Bakı şəhərinin və onun qəsəbələrinin sosial- iqtisadi inkişafına dair Dövlət Proqramları" çərçivəsində bütövlükdə yenidən qurulmuşdur. Kanalda qəza hallari, eyni zamanda nasos stansiyaların elektrik verilişi xətlərində açılmalar baş verdiyi hallarda, onun ətrafında yerləşən yaşayış məntəqələrinin, infrastruktur obyektlərinin və digər ərazilərin kanal suyunun daşaraq basmasının qarşısının alınması məqsədi ilə layihə üzrə və istismsr qaydalarına əsasən kanal boyu bir neçə yerlərdə artıq suların axıdılmasə üçün qəza su tullayıcıları nəzərdə tutulmuşdur.Qəza su tullayıcıları vasitəsi ilə daima deyil, yalnız zərurət yarandığı hallarda su buraxılır. Bu qurğulardan biri də Abşeron rayonunun Məmmədli kəndi ərazisində yerləşən və artıq sular zərurət yarandığı hallarda "Qızıl nohur" gölünə buraxılır. Kanalin suyu layihə üzrə nəzərdə tutulmuş qəza su tullayıcıları (şlüzlər) vasitəsi ilə buraxılmasa, bu daha böyük və ciddi fəsadlara səbəb ola bilər. Beləliklə, yuxarıda göstərilənlər barəsində 3000 (üç min) manat məbləğində cərimə edilməyi ilə balğı qanunsuz və əsassız qərar çıxarıldığını əyani şəkildə əks etdirir. Azərbaycan Respubkikası İnzibati Xətalar Məcəlləsinin 53.0 maddəsinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iş üzrə qərardan şikayət vermək hüququ vardır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 sayli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən baxılan inzibati xətalar haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Ətraf mühitin mühafizəsini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirməməyi barədə İXM-nin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyi ilə əlaqədar olaraq, barəsində 3000 (üç min) manat məbləğində cərimə tətbtq edilməsi haqqında 03 sentyabr 2021-ci il tarixli, MN ******* sayli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Qərar qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 həmin idarənin rəis əvəzi tərəfindən qəbul edilmiş 03 sentyabr 2021-ci il tarixli, MN ******* sayli qərarın qanuni olduğunu və ləğv edilməməsini xahiş etdi. Məhkəmə qəbul edilmiş 03 sentyabr 2021-ci il tarixli, MN ******* sayli qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edir ki, şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30.06.2021-ci il tarixli məcburi göstərişindən görünür ki, X5 İdarəsindən Abşeron rayonu Məmmədli kəndi ərazisindən keçən Abşeron Suvarma İdarəsinə məxsus kanalın şluzundan suyun axıdılmasının qarşısının alınması tələb edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında MN ******* saylı, 17 avqust 2021-ci il tarixli protokoldan görünür ki, X5 İdarəsinin baş mühəndisi X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30.06.2021-ci il tarixli məcburi göstərişin-Abşeron rayonu Məmmədli kəndi ərazisindən keçən Abşeron Suvarma İdarəsinə məxsus kanalın şluzundan suyun axıdılmasının qarşısı alınması tələblərinin yerinə yetirməməyi ilə əlaqədar protokol tərtib edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında qərardan görünür ki, X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzinin 03 sentyabr 2021-ci il tarixli, MN ******* sayli inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraqqərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30.06.2021-ci il tarixli məcburi göstərişi - Abşeron rayonu Məmmədli kəndi ərazisindən keçən Abşeron Suvarma İdarəsinə məxsus kanalın şluzundan suyun axıdılmasının qarşısı alınması tələblərinin yerinə yetirməməyi ilə əlaqədar X5 İdarəsinin baş mühəndisi X4 barəsində protokol tərtib edilmiş, protokol əsasında X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi tərəfindən 03 sentyabr 2021ci il tarixli, MN ******* saylı qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə olunmuşdur. Həmçinin məhkəmə zamanı müəyyən edildi ki, X5 İdarəsinin balansında olan, başlanğıcını Ceyranbatan su anbarından götürən, uzunluğu 73 km olan X7 Abşeron yarımadasında yerləşən 18100 ha torpaq sahələrinin, suvarma suyu ilə təmin edilməsi (onlardan 14753 ha mexaniki üsulla nasos stansiyaları vasitəsi ilə) məqsədi ilə inşa edilmiş, kanalın suyundan əkin sahələrinin suvarılması ilə yanaşı, eyni zamanda mühüm dövlət əhəmiyyətli obyektlərin, yaşıllıqların su təminatı həyata keçirilir, onun suyundan kanal ətrafında yaşayan sakinlər tərəfindən kommunal-məişət ehtiyacları üçün də istifadə edilir. X7 "Bakı şəhərinin və onun qəsəbələrinin sosial - iqtisadi inkişafına dair Dövlət Proqramları" çərçivəsində bütövlükdə yenidən qurulmuşdur. Kanalda qəza hallari, eyni zamanda nasos stansiyaların elektrik verilişi xətlərində açılmalar baş verdiyi hallarda, onun ətrafında yerləşən yaşayış məntəqələrinin, infrastruktur obyektlərinin və digər ərazilərin kanal suyunun daşaraq basmasının qarşısının alınması məqsədi ilə layihə üzrə və istismsr qaydalarına əsasən kanal boyu bir neçə yerlərdə artıq suların axıdılması üçün qəza su tullayıcıları nəzərdə tutulmuş və qəza su tullayıcıları vasitəsi ilə daima deyil, yalnız zərurət yarandığı hallarda su buraxılır. Bu qurğulardan biri də Abşeron rayonunun Məmmədli kəndi ərazisində yerləşən və artıq sular zərurət yarandığı hallarda "Qızıl nohur" gölünə buraxılır. Belə ki, kanalin suyu layihə üzrə nəzərdə tutulmuş qəza su tullayıcıları (şlüzlər) vasitəsi ilə buraxılmasa, bu daha böyük və ciddi fəsadlara səbəb ola bilər. Həmçinin araşdırma zamanı şlüzdən su axıdılmasının kanalın normal fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar olmaqla yanaşı, suyun axıdılmasının heş kəsin mənafeyinə ziyan vurmamasıda müəyyən edilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi tərəfindən X5 İdarəsinin balansında olan, başlanğıcını Ceyranbatan su anbarından götürən, uzunluğu 73 km olan, Abşeron yarımadasında yerləşən 18100 ha torpaq sahələrinin, suvarma suyu ilə təmin edilməsi (onlardan 14753 ha mexaniki üsulla nasos stansiyaları vasitəsi ilə) məqsədi ilə inşa edilmiş və suyundan əkin sahələrinin suvarılması ilə yanaşı, eyni zamanda mühüm dövlət əhəmiyyətli obyektlərin, yaşıllıqların su təminatını həyata keçirən, onun suyundan kanal ətrafında yaşayan sakinlər tərəfindən kommunal-məişət ehtiyacları üçün də istifadə edilən X3 işlədilmə xüsusiyyətlərini ətraflı araşdırmadan 03 sentyabr 2021-ci il tarixli, MN ******* saylı qərarı qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şikayət təmin edilsin. X5 İdarəsinin baş mühəndisi X2 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi F. Piriyevin qəbul etdiyi 03 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar