Məhkəmə qərarları › İş №3(012)-1407/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1407/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1407/2023 04.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X1 iştirakı ilə xx.xx.1970-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, X2 xx.xx.2023-cü il tarixdə idarə etdiyi «VAZ 21099» markalı, 01BT981 dövlət qeydiyyat nişanlı avtomaşınla «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələblərini pozduğuna görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək 50 manat cərimə edilmişdir. X2 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin cəriməni ödəmədiyinə görə təqsirləndirilərək Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 izahatında göstərmişdir ki, onun «VAZ 21099» markalı, 01BT981 dövlət qeydiyyat nişanlı avtomaşını özünün yox, arvadının adına qeydiyyatdan keçib, onu da bir neçə il bundan qabaq etibarnamə ilə başqa şəxsə satıblar. Tərtib olunmuş protokolla razı deyil, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş AZEMİS çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 mülkiyyətində danınar əmlak yoxdur. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazidd xarakterini dərk etmiş, onun zəruri nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab edilir. Azərbaycan Respublikası İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xətalar törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna, yaxud heç kəsə inzibati tənbeh tətbiq oluna və ya daha yüngül inzibati tənbeh tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyətin yaranması nəzərdə tutulur. X2 İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törətməkdə təqsirləndirilərək məhkəməyə verilmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 mülkiyyətində danınar əmlakın ümumiyyətlə olmadığı müəyyən edildi.Odur ki, hazırkı inzibati xətanın subyekti olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2.maddəsinə görə inzibati xəta tərkibi olmadıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 367, 425, 426-cı maddələrini rəhbər tutaraq Qəraraaldım: Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinən X2 barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar