Məhkəmə qərarları › İş №3(012)-1408/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1408/2020

20.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1408/2020 20.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi ilə, barəsində tətbiq edilən qərarın ləğv edilməsi haqqında X2 tərəfindən verilmiş şikayətin geri qaytarılması barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq Müə yyə n et d i: Abşeron rayon Polis İdarəsinin xx xxxxx 2020-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. X2 şikayətlə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixdə Masazır dairəsində Dövlət Yol Polisinin **-YP-*** dövlət qeydiyyat nömrəli avtomobilinin saxla əmrinə tabe olaraq sms icazəsini Dövlət Yol Polisinin əməkdaşına təqdim etdiyini, polis əməkdaşının isə sms icazəsini yoxlamasına baxmayaraq əlindəki cihazı əsas gətirərək cərimə tətbiq edəcəyini bildirdiyini, X1 etirazına baxmayaraq cihazı və protokolu təqdim etmədən barəsində qərar tərtib etdiyini və həmin qərardan yalnız xx xxxxxxxx 2020-ci il tarixdə özünəməxsus **-PF-*** dövlət qeydiyyat nömrəli Chevrolet Cruze markalı avtomobili Dövlət Yol Polisi əməkdaşı tərəfindən saxlanarkən xəbəri olduğunu göstərərək, barəsində tətbiq edilən qanunsuz qərarın ləğv edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət qaytarılmalıdır. Belə ki, X2 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayətin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 52.1-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə bu haqda qərardad qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozan fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədinin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 106.0.7-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən iş üzrə vəsatətlər və etiraz etmə olub-olmaması məsələləri həll edir. İşə əlavə edilmişərizədən görünür ki, X2 özü tərəfindən verilmiş şikayətə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Abşeron rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli qərarından verilən şikayətin baxılmadan geri qaytarılmasını X2 xahiş etdiyinə görə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 130-cu maddəsini rəhbər tutaraq Q ə r a r a al d ı : X2 tərəfindən verilmiş ərizəyə əsasən Abşeron rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Sədrlik edən : Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar