Məhkəmə qərarları › İş №3(012)-1408/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1408/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1408/2023 20.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 511.1.1 və 511.1.3-ci maddələrində nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİM: Abşeron Rayon Məhkəməsinin icraatına Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 511.1.1 və 511.1.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında Abşeron rayon polis idarəsi tərəfindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən material daxil olmuşdur. Hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında material natamam olduğu üçün material geri qaytarılmalıdır. Belə ki,Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İşin materiallarından göründüyü kimi, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısının xx.xx.2023-cü il tarixli Qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 511.1.1 və 511.1.3-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış materialın RPİ-nin DYPŞ vasitəsi ilə məhkəməyə göndərilməli olması qeyd edilmiş, bundan sonra Abşeron rayon DYP Yol patrul xidmətinin ispektoru polis serjantı T.Mirzəyev tərəfindən 20 iyul 2023-cü il tarixli, İXM-nin 327.6, 511.1.1 və 511.1.3 maddələri üzrə İXP ******* saylı protokol tərtib edilmiş,lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin izahatı alınmamış,Cinayət işinin başlanmasının rədd edilməsi barədə işin materiallarının protoola əlavə edilməklə kifayətlənmişdir. Bu hal isə barəsində inzibati protokol tərtib edilən şəxsin hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Bundan başqa, inzibati xəta haqqında protokolun məzmununda pozuntunun məzmunu (kim, nə vaxt, harada, necə, nə etdi) təsvir olunmamış, yalnız İXM-nin müvafiq normaları qeyd edilmişdir. Hansı ki, İXM-nin 100.1.4. maddəsinə görə inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti protokolda qeyd edilməlidir. Qeyd edilənlərdən göründüyü kimi inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin müdafiə hüququnun pozulması izahatın alınmaması ilə tərtib edildiyindən və protokol natamam tərtib olunduğundan məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 511.1.1 və 511.1.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Abşeron rayon polis idarəsi tərəfindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 65.1, 106, 109-cu maddələrini rəhbər tutaraq Qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 511.1.1 və 511.1.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Abşeron rayon polis idarəsi tərəfindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar. Məhkəmənin hakimi:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar