Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1410/2020 06.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X8 katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron rayon Ərazi şöbəsinin məsləhətçisi X2 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron rayon Ərazişöbəsininxx.xx.2020-ci il tarixli, MN0454279 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X7şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron rayon Ərazi şöbəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şikayətçi X7 ərizəsini əsaslandıraraq bildirdi ki, xx.xx.2020-ci il tarixdə Bakı Şəhər Binəqədi icra və Probasiya idarəsinin icra məmuru ona zəng edərək barəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin müdiri, dövlət müfəttişi X4 tərəfindən xx xxxx 2020-ci il tarixli,0454279 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi barədə məlumat vermişdir. O icra İdarəsinə gedərək qərarla tanış oldum. Həmin qərar ilə, AR İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi (247.1. Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi. Bu Məcəllənin 247,1 -ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə) rəhbər tutularaq inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati xətanın predmeti olaraq göstərilmişdir ki, X1 rayonu Novxanı kəndi ərazisində mülkiyyətində olan 0,07999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatını dəyişdirmədən fərdi yaşayış evi inşa etmişdir. Bu qərar maddi və prosesual hüquq normalarının tələblərini pozduğu və hüquqi əsası olmadığı üçün əsassız hesab edilməlidir. Belə ki, o, mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən 0,07999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən təyinatına uyğun istifadə edir. İnzibati tənbeh vermə haqqında qərarın özündə belə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədi təyinatının dəyişdirilmədiyi qeyd olunsa da, barəsində inzibati tənbeh tətbiq olunaraq ******* saylı protokol ilə 500 manat cərimə tətbiq edilmişdir. Beləliklə, qərar ilə protokol ziddiyyət təşkil edir və barəsində tərtib edilən ******* saylı qərarın hüquqi əsası yoxdur. İnzibati qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron rayon Ərazi şöbəsinin məsləhətçisi və nümayəndəsi X5 məhkəmə iclasında göstərdi ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi Şöbəsinin dövlət müfəttişi X4 tərəfindən xx xxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır, onun ləğv edilməməsini xahiş etdi. Məhkəmə qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edir ki, şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməlidir. İş materiallarında olan inzibati xəta haqqında qərardan görünür ki, X7 barəsində xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və o, Abşeron rayonu, Novxanı ərazisində **********38 reyestr nömrəli çıxarışla mülkiyyətində olan 0, 07999 ha olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində əsaslı tikinti işləri inşa etldiyivə torpağın münbit qatı korladığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron RİH Başçısı tərəfindən verilmiş 1439-A saylı, xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində X3 mülkiyyətində olan 0, 07999 ha olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində əsaslı tikinti işləri aparılmasının şərtləri göstərilmişdir. İş materiallarında olan Abşeron rayon Novxanı Bələdiyyəsinin 309 saylı, xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki,X7 2017-ci il tarixdən Abşeron rayonu, Novxanı- Bağlar massivi, C. Mustafayev küçəsində qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraqqərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə zamanı müəyyən edildi ki, X7 2017-ci il tarixdən Abşeron rayonu, Novxanı-Bağlar massivi, C. Mustafayev küçəsində 0,07999 ha torpaq sahəsində ev tikmiş, bu xüsusatlar Abşeron RİH Başçısının və Abşeron rayon Novxanı Bələdiyyəsinin 309 saylı, xx xxxxxxx 2020-ci il tarixli arayışı ilə təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Yuxarıdakılara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron ərazi şöbəsinin X7 barəsində xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayəti təmin edilməli, xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron ərazi şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron ərazi şöbəsinin X7 barəsində xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron ərazi şöbəsinə göndərilsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1410/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1410/2020
06.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver