Məhkəmə qərarları › İş №3(012)-1410/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1410/2021

20.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1410/2021 20.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi,inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsi Saray PB-dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş MN1140735 saylı Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi, polis kapitanı X3 bildirdi ki, 06.08.2021-ci il tarixdə Zərərçəkmiş şəxs Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən ona məxsus evin qapılarını sındırmaqla ona 1000 manat ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir Şəxs məhkəmə prosesində olan izahatından görünür ki, onun Zərərçəkmiş şəxs borcu olduğundan onu icra məmurları evindən çıxarmışlar. Belə ki, o ailəsi birlikdə çox çətin vəziyyətdə yaşayır. Bildirdi ki, həmin vaxt o öz qapısını sındırdığını hesab etmişdir. O etdiyi əməldən peşmandır və zərərçəkənlə barışdığına görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkən şəxs Zərərçəkmiş şəxs bildirdi ki, 06.08.2021-ci il tarixdə saat 01:30 radələrində qonşuluğunda yaşayan Anar adlı şəxs sərxoş vəziyyətdə onun yaşadığı evə gələrək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək qapıları sındırmışdır. Belə ki, ona dəymiş ziyan ödəndiyindən barəsində icraat aparılan Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş 09 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərar aidiyyatı üzrə Abşeron RPİ-nə göndərilmişdir. Qərardan görünür ki, 06.08.2021-ci il tarixdə Zərərçəkmiş şəxs Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən ona məxsus evin qapılarını sındırmaqla ona 1000 manat ziyan vurmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun barəsində icraat aparılan Şəxs ilə barışdığına görə ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan barəsində icraat aparılan Şəxs ərizəsindən görünür ki, o zərərçəkənlə barışmış və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan müayinə protoolundan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə məsuliyyəti nəzərdə tutur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Azərbaycan Respublikasının İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göstərilən maddi-prosessual normalarının tələblərinə əsaslanmaqla və işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin müvafiq maddələrə əsasən xitam olunmalıdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xətanı törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar