Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1410/2025 20.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: X3 Tələbkar: Zərərçəkmiş şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxx 1983-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 3 a, mənzil 1-də qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 20 iyun 2025-ci il tarixli, MN seriyalı 23222710 saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şəhriyar Əhmədov protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Nərmanov Rayon Məhkəməsinin 2 (005)-567/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən xx.xx.2012-ci il tarixdən başlayaraq hər uşağa görə 100 manat olmaqla iki uşağın saxlanılması üçün cəmi 200 manat məbləğində aliment cavabdeh Şəxs tutularaq Həsənova (Məmmədova) Ramilə Xanbala qızına verilməlidir. Bakı şəhər, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1957/2022 saylı, 0xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs tutulan alimentin miqdarı dəyişdirilmiş, hər uşağa görə 193 manat müəyyən edilmişdir. Hər iki icra sənədi üzrə qanunamüvafiq tədbirlər görülmüş, icraata başlanılaraq tərəflərə və məhkəməyə məlumat verilmiş, borcluya bildiriş və xəbərdarlıq göndərilmişdir. Lakin görülmüş tədbirlər nəticə verməmiş borclu hər hansı bir üzürlü səbəb olmadan aliment borcunu ödəməkdən yayınmışdır. Belə olan halda borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhkəmə qərardadına əsasən məhdudlaşdırılmışdır. Hər iki icra sənədi icraatdadır. İcra işləri xx.xx.2022-ci il tarixli qərara əsasən bir icraatda birləşdirilmişdir. Borclu qərəz göstərərək alimenti ödəməməklə yanaşı çağırışlara gəlməkdən də yayınmış, yaşayış yerini dəyişmişdir. Belə olan halda barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun hazırda 35624 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü qismən təqsirli bilir. Belə ki, o, tələbkara olan borcunu ödəməkdən imtina etmir, lakin uzun müddətdir ki, işləmədiyi üçün icra vərəqəsi üzrə öhdəliyini yerinə yetirə bilməmişdir. İcra məmurunun çağırışlarına gəlməməyinin səbəbi, aliment borcunun olduğunu bilməsi olmuşdur. O, uzun müddət ölkə hüdudlarından kənarda olmuş təxmiunən indiyə qədər ümumilikdə 500 manat deyil 1000- 1500 manat ödəniş etmişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsi qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs dəfələrlə əlaqə saxlamasına baxmayaraq borclunun qərəzli şəkildə aliment ödəmədiyini, Rusiya Federasiyasında yaşadığı dövürdə işlədiyi halda cəmi iki dəfə ümumilikdə 500 manat ödədiyini bildirməklə barəsuində sərt cəza tədbiri tətbiq edilməsini xahiş etdi. Müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:
1. Nərmanov Rayon Məhkəməsinin 2 (005)-567/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən xx.xx.2012-ci il tarixdən başlayaraq hər uşağa görə 100 manat olmaqla iki uşağın saxlanılması üçün cəmi 200 manat məbləğində aliment cavabdeh Şəxs tutularaq Həsənova (Məmmədova) Ramilə Xanbala qızına verilməlidir.
2. Bakı şəhər, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1957/2022 saylı, 0xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs tutulan alimentin miqdarı dəyişdirilmiş, hər uşağa görə 193 manat müəyyən edilmişdir.
3. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş Nərmanov Rayon Məhkəməsinin 2 (005)-567/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə ilə bağlı 04 mart 2016-cu il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;
4. Bakı şəhər, Nərimanov Rayon İcra Şöbəsinə daxil olmuş Bakı şəhər, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1957/2022 saylı, 0xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 25 iyul 2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;
5. Abşeron rayon Məhkəməsinin 8(012)-29 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu Şəxs ölkədən getmək hüququ müvqqəti məhdudlaşdırılmışdır.
Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, X6 icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı X3 əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Borclu icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra etməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasının təmin edilməsinə təşəbbüs göstərməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra məmurunun çağırışlarına gəlməkdən yayınmışdır. Bununla əlaqədar barəsində görümüş icra tədbirəri nəticə vermədiyindən icra məmuru tərəfindən verilmiş axtarış qərarı əsasında X4 şöbəyə gətirilməsi təmin olunmuşdur. Beləliklə məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirərək, icra məmurunun qanuni tələblərinin yerinə yetirməməsini, axtarışla gətirilməsini, tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, X6 barəsində cərimə növündə inzibati tənbeh tədbiq edilməsinin lüzumsuz olduğunu hesab edərək, ona həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 20 iyun 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov