Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1411/2022 17.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunid Şükür oğlunun katibliyi, X1nun, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi, məsləhətçi X2 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 244.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi verərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsinin MN № ******* saylı, 28 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarına əsasən, X7 tərəfindən AR İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, 1000 manat cərimə edilmişdir. Həmin işə dair 25 aprel 2022-ci il tarixdə tərtib edildiyi görünən ******* nömrəli protokol və 10 may 2022-ci il tarixli, ******* nömrəli qərar inzibati xətanı törətmiş şəxsə qarşı deyil, həmin əmələ aidiyyatı olmayan şəxsə, yəni ona qarşı qanunsuz olaraq tərtib edilmiş, həm də xətanın törədildiyi vaxtdan uzun müddət keçmişdir. Həmin üzərində artıq ev tikilmiş torpaq sahəsini şikayətinə əlavə etdiyi xx.xx.2021 -ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən 46.500 manata satıcı X4 xx.xx.2021-ci il tarixdə almış, (********** saylı, xx.xx.2021 -ci il tarixli çıxarış), həmin torpaq sahəsində inzibati xəta hesab edilən tikinti işlərinin aparılması xətanın aşkar edildiyi vaxtdan azı 5 il əvvələ təsadüf edir, yəni cəlbetmə müddəti çoxdan bitmişdir. Cavabdeh həmin inzibati xətanın nə vaxt və kim (lər) tərəfindən törədildiyini aşkar etmədən, digər tərəfdən onun iştirakım olmadan təkbaşına olaraq tərtib etmişdir. Həmin protokolda şahidlərdən istifadə edilməmiş, digər tərəfdən protokolda onun izahatım və ya imtina etmə haqda qeyd yoxdur, ona görə ki, izahat verməmişdir, protokol artıq qeyd etdiyi kimi cavabdehin əməkdaşı tərəfindən təkbaşına və qanunsuz olaraq tərtib edilmişdir. Göründüyü kimi, X6 törətmədiyi inzibati xətaya görə əsassız olaraq Azərbaycan Respublikasının İXM-nin 244.2-ci maddəsinə əsasən 600 manat inzibati cərimə tətbiq olunmuşdur. Sözügedən qərar tamamilə əsassızdır və ləğv edilməlidir. Belə ki, X7 tərəfindən heç bir qanun pozuntusuna, ekoloji pozuntuya yol verilməmiş, inzibati xəta törədilməmişdir. Təəssüflər olsun ki, səlahiyyətli şəxs göstərilən faktları araşdırmadan qərar qəbul etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* №-li qərarı ilə razı deyil, qəbul edilmiş qərarın özü İXM-in tələblərinə cavab vermir. Ona görə də şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə prosesində X7 şikayətlə eyni məzmunlu izahat verməklə şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin nümayəndəsi X5 şikayətin dəlillərini qəbul etməyərək şikayətinin təmin edilməməsini və xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edərək əlavə olaraq onu da vurğuladı ki, xx.xx.2022-ci il tarixdə ƏMDX Abşeron Ərazi Şöbəsi tərəfindən X7 barəsində İXM-nin 244.2-ci maddəsi ilə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar verilmiş, protokolda X3 mülkiyyətində olan və Abşeron rayonu Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqda əsaslı tikinti işləri aparılması nəticəsində torpağın münbit qatının korlanması müəyyən edilmiş, bununla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilərək 600 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, qərar qanunidir, ləğv olunması üçün əsas yoxdur. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, keçirilmiş baxış nəticəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 mülkiyyətinə verilmiş və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0160 ha kənd təsərrüfat təyinatlı əkin sahəsində tikinti işləri aparmaqla torpağın münbit qatını korladığı aşkar edildiyindən, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0160 ha torpaq sahəsinin X3 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestrindən MN seriyalı, ********** nömrəli çıxarışının surətindən görünür ki, həmin torpaq sahəsinin təyinatı (kateqoriyası) kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilmiş və əkin məqsədli istifadə növü müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli MN 1500277saylı protokoldan görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən X3 mülkiyyətindəki 0,0160 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində monitorinq aparılmışdır. Monitorinq zamanı müəyyən edilmişdir ki, tikinti işləri aparmaqla həmin torpaq sahəsinin münbit qatı korlanmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən torpaqların münbitliyinin təmin olunması sahəsində dövlət nəzarətinin məqsədi torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən kənd təsərrüfatı yerlərinin (uqodiyalarının) qorunub saxlanmasını, habelə onların keyfiyyətinin yaxşılaşdırılması, münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş normalaşdırma tələblərinə əməl olunmasını təmin etməkdir. Torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.4-cü bəndinə əsasən "Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı” - nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr 979 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi” Qaydalarının 1-ci bəndinə əsasən bu qaydalar Azərbaycan Respublikasında torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin (bundan sonra - dövlət nəzarəti) həyata keçirilməsini tənzimləyir. Həmin Qaydaların 2-ci bəndinə əsasən dövlət nəzarətinin məqsədi torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların qorunub saxlanmasını, habelə onların keyfiyyətinin yaxşılaşdırılması, münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş norma tələblərinə əməl olunmasını təmin etməkdir. Həmin Qaydaların 3-cü bəndinə əsasəndövlət nəzarəti Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, torpaq münbitliyi sahəsində beynəlxalq hüquq normalarına, digər normativ-hüquqi aktlara və bu Qaydalara uyğun aparılır. Həmin Qaydaların 4-cü bəndinə əsasəndövlət nəzarətini qüvvədə olan torpaq qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 04 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamənin 3.0.95-ci bəndinə əsasən Komitə strukturuna daxil olan qurumlar vasitəsilə dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə, torpaqlardan istifadəyə və onların mühafizəsinə, xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək, torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək, 3.0.96-cı bəndinə əsasən isə strukturuna daxil olan qurum vasitəsilə mülkiyyət növündən asılı olmayaraq torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmalıdır. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı inzibati xəta haqqında protokolun X7 barəsində başlanılmasının səbəbi kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi ev inşa edilməklə əsaslı tikinti işləri aparılması və yerin X3 mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində olması ilə bağlı olmuşdur. Halbu ki, inzibati protokol tərtib edildiyi zaman X7 tərəfindən protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamışdır. Araşdırma aparan orqan əraziyə baxış keçirərkən inzibati xəta törətmiş şəxsi yəni, Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi ev inşa edilməklə əsaslı tikinti işləri apararaq, torpağın münbit qatını korlayan şəxsi müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi yalnız öz subyektiv mülahizələrinə əsasən X3 barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında inzibati tənbeh etmə qərarı qəbul etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilmir. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta araşdırılmamış, məhkəmə baxışında ziddiyyətli vəziyyət yaranmışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması ziddiyyətli vəziyyət yaranması səbəbindən başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Belə olan halda məhkəmə hesab edir ki, şikayət qismən təmin olunmalı, X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli, başlanmış iş üzrə icraata xitam edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1411/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1411/2022
17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver