Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1414/2023 19.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏY YƏ N ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron rayon İcra şöbəsində protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-109/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X1 və xx.xx.2007ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay, hər uşaq üçün 136.60 manat, cəmi 273.2 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Hal-hazırda 17866 (on yeddi min səkkiz yüz altmış altı) manat borcu var. Borclu icra vərəqəsinin icrasından qərəzli şəkildə boyun qaçırmış, icra məmurunun qanuni tələblərinə məhəl qoymamışdır. Buna görə də onun barəsində Azərbaycan Re spublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilmiş Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Onlar 2003-cü ildə ailə həyatı qurmuş və bu nikahdan 2 övladları var. Onların münasibətləri əvvəllər yaxşı olmuş,lakin Lalənin valideynləri onların ailə işinə müdaxilə etmiş, onlar bu səbəbdən 2017-ci ildə Abşeron rayon Məhkəməsinin qətnaməsinə əsasən rəsmi şəkildə boşanmış, boşandıqdan sonra Lalə valideynlərinin yanında yaşamağa başlamışdır. 2019-cu ildə isə Lalə ilə aralarında qeyri-rəsmi də olsa, barışıq olmuş və onlar yenidən birlikdə yaşamağa başlamışlar, həmçinin bu müddətdə ailədaxili münasibətləri normal olmuşdur. Daha sonra onlar arasında münasibətlər korlanmışdır. Zərərçəkmiş şəxs heç vaxt ondan aliment borcu tələb etməmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun keçmiş əridir. Onlar 2003-cü ildə ailə həyatı qurmuş və bu nikahdan 2 övladları var. Ailədaxili münasibətləri yaxşı olmadığından, yəni Rauf heç bir səbəb olmadan onunla mübahisələr etdiyi üçün nikahın pozulması barədə məhkəməyə müraciət etmiş və onlar 2017-ci ildə Abşeron rayon Məhkəməsinin qətnaməsinə əsasən rəsmi şəkildə boşanmışlar. O, boşandıqdan sonra iki il müddətində övladları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yaşayan valideynlərinin yanında qalmışdır. 2019-cu ildə isə yenidən qeyri-rəsmi də olsa Rauf ilə barışaraq 05 iyun 2023-cü ilədək birlikdə yaşamağa başlamışlar, buna baxmayaraq yenə də Raufla aralarında mübahisələr davam etmişdir. Hal-hazırda ona qarşı bir tələbi yoxdur, ona ev alıb vermişdir. İş materiallarında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 2(012)-109/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X1 və xx.xx.2007- ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay, hər uşaq üçün 136.60 manat, cəmi 273.2 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İşin materiallarında olan Abşeron rayon İcra Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin qərar Abşeron Rayon Məhkəməsinin 2(012)-109/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən başlanmışdır. İşin materiallarında olan tələbin könüllü icrası barədə bildirişdən görünür ki, həmin bildiriş Abşeron Rayon Məhkəməsinin 2(012)-109/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən icra edilməsi üçün Şəxs ünvanlanmışdır. İşin materiallarından müəyyən edilir ki,tərəflər rəsmi qaydada boşanandan sonra faktiki nikah münasibətlərini davam etdirmiş, ailəlikcə birlikdə yaşamağa başlamışlar, Son vaxtlar onlar arasında münasibət pozulmuş, o səbəbdən Zərərçəkmiş şəxs 15 noyabr 2022-ci ildə ərizə ilə Abşeron rayon İcra Probasiya şöbəsinə müraciət edərək Şəxs tərəfindən aliment borcunu ödəməməsinə görə DSMF- na təqdim etmək üçün arayış verilməsini xahiş etmişdir. Daha sonra, Zərərçəkmiş şəxs 24 iyul 2023-cü il tarixdə ərizə ilə Abşeron rayon İcra Probasiya şöbəsinə müraciət edərək Şəxs tərəfindən aliment borcunun ödənilməməsinə görə onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş və elə həmin gün də Şəxs barəsində İXM-nin 528.1 maddəsi ilə inzibati xəta protokolu tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 2(012)- 109/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay, hər uşaq üçün 136.60 manat, cəmi 273.2 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, Abşeron rayon İcra Probasiya şöbəsinin icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, həmin bildiriş Abşeron Rayon Məhkəməsinin 2(012)-109/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən icra edilməsi üçün Şəxs ünvanlanmış, lakin həmin qərar və bildirişin borclu tərəfindən qəbul edilməsi barədə işdə hər hansı məlumat yoxdur, həmçinin ötən müddət ərzində tələbkar qeyd edilən icra sənədinin icrasını tələb etməmişdir. Hazırda tərəflər arasında mübahisə yoxdur, aliment borcu tamamilə ödənilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun vəkilini, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-109/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməməsi məhkəmə zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1414/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1414/2023
19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver