Məhkəmə qərarları › İş №3(012)-1417/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1417/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1417/2025 18.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhəkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş 15 aprel 2025-ci il tarixli, AP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs "xxxx" MMC-nin Abşeron Rayon Polis İdarəsinin X3i Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan “VOLVO FMX” Yük markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 24 mart 2025-ci il tarixdə, saat 09:19-da inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, "xxxx" MMC məhkəməyə ərizə ünvanlayaraq, qeyd etmişdir ki, 24 mart 2025-ci il tarixdə MMC-nin mülkiyyətində olan “VOLVO FMX” Yük markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törətməsi barədə SMS radar vasitəsi ilə bildiriş gəlməsi, lakin qeyd olunan avtomobilin həmin zaman hərəkətdə olmamasına dair məlumatın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə çatdırılmasına dair sübutu məhkəməyə təqdim etməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. Abşeron Rayon X3i şöbəsinin məktubu və müvafiq poçt qəbzinə əsasən "xxxx" MMC-nə məxsus “VOLVO FMX” Yük markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 24 mart 2025-ci il tarixdə, saat 09:19-da İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuş və bu sorğu 08 aprel 2025-ci il tarixdə həmin şirkətə çatdırılmışdır;

2. "xxxx" MMC tərəfindən ünvanlanmış məktuba əsasən MMC-yə məxsus “VOLVO FMX” Yük markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücü X1 tərəfindən idarə olunması haqqında məlumat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmişdir.

Məhkəmə inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Beləliklə məhkəmə iclasında müəyyən olunur ki, 24 mart 2025-ci il tarixdə "xxxx" MMC tərəfindən inzibati xətanın törədilməsi güman edilsə də, hazırki inzibati xəta haqqında protokolda qeyd edilən “VOLVO FMX” Yük markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeyd olunan tarixdə hərəkətdə olmamasına dair məlumat 04 aprel 2025-ci il tarixdə, saat 11:52-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə çatdırılmşdır. Belə olan halda da məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bu Məcəllənin 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə R A R A A L D İ:

"xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş 15 aprel 2025-ci il tarixli, AP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar