Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1421/2021 22.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının,Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, tələbkar Zərərçəkmiş şəxs, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 oğlunun iştirakı ilə, xx.xx.1968-ci ildə Cəbrayıl rayonu, Papı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Cəbrayıl rayonu, Çərəkən ərazi dairəsi, Papı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi Çənlibel massivi ünvanında yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 oğlu tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirdi ki, Cəbrayıl rayon məhkəməsinin 2(072)-181/2021 saylı 05.05.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 12000 (on iki min manat) məbləğində borc tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Cəbrayıl rayon məhkəməsinin 2(072)-181/2021 saylı 05.05.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə borclu Şəxs iş üzrə yaranmış 11072 (on bir min yetmiş iki manat) manat borcunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməmişdir. Ona görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş olundu. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, Cəbrayıl rayon məhkəməsinin 2(072)-181/2021 saylı 05.05.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 12000 (on iki min manat) məbləğində borc tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Borclu Şəxs iş üzrə yaranmış 11072 (on bir min yetmiş iki manat) manat borcunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməmişdir. Belə ki onun borcu ödəməməsinin səbəbi qeyd olunan vəsaitin əsl sahibinin X4 məxsus olduğudur. Ona görə də borcu ödəməkdən imtina edir və pulu ona verən şəxsin rəsmi qaydada pulun Zərərçəkmiş şəxs verilməsi barədə izahat verməsini tələb etmişdir. İcra sənədi üzrə bu günədək 928 (doqquz yüz iyirmi səkkiz) manat ödəniş etmişdir. Ona görə də xahiş edir ki, iş üzrə icraata xitam verişin. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil məhkəmədən Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri verilməsini xahiş etmişdir. Məhkəmədə çıxış edən tələbkar Əhmədov X1 Habil Qabil oğlu barəsində ciddi inzibati tənbeh verilməsini xahiş etdi. İş materiallarında olan Cəbrayıl rayon məhkəməsinin 2(072)-181/2021 saylı 05.05.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 12000 (on iki min manat) məbləğində borc tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan 12.07.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Cəbrayıl rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs mülkiyyətində heç bir daşınmaz əmlak yoxdur. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, icraya yönəldilmişdir və hazırda da qüvvədədir. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, 12000(on iki min manat) borcdan yalnız 928 (doqquz yüz iyirmi səkkiz) manat ödəniş etməsini və hazırda da qalan borcu ödəməkdən imtina etdiyini nəzərə alır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin İnzibati həbs etmənin əvvəli 22 sentyabr 2021-ci il saat 12:00 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis idarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on)gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1421/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1421/2021
22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver