Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1423/2023 27.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, X1 tərəfindən Abşeron rayonu Xırdalan Bələdiyyəsi tərəfindən qəbul edilmiş 01/02- 610 saylı, xx.xx.2023-cü il tarixli qərardan verilmiş şikayətə baxaraq MÜƏYYƏN ETDİM: X1 tərəfindən Abşeron rayonu Xırdalan Bələdiyyəsi tərəfindən qəbul edilmiş 01/02- 610 saylı, xx.xx.2023-cü il tarixli qərardan verilmiş şikayət Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X1 tərəfindən Abşeron rayonu Xırdalan Bələdiyyəsi tərəfindən qəbul edilmiş 01/02-610 saylı, xx.xx.2023-cü il tarixli qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X1 barəsində Abşeron rayonu Xırdalan Bələdiyyəsi tərəfindən vergi borcunun tutulması barədə 01/02-610 saylı, xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Bu mübahisə inzibati xarakterli mübahisədir. Buna görə də, şikayətçi aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Buna görə də, məhkəmə hesab edir ki, inzibati xəta haqqında material geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq Qərara aldım: X1 tərəfindən Abşeron rayonu Xırdalan Bələdiyyəsi tərəfindən qəbul edilmiş 01/02- 610 saylı, xx.xx.2023-cü il tarixli qərardan verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1423/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1423/2023
27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver