Məhkəmə qərarları › İş №3(012)-1423/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1423/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1423/2025 25.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlu, X1 X5 Polis İdarəsi tərəfindən qəbul edilmiş 07 may 2025-ci il tarixli, EQ 27011453 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair verdiyi şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X1 X5 Polis İdarəsinin 07 may 2025-ci il tarixli, EQ 27011453 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon Məhkəməsindən aidiyyəti üzrə baxılması üçün Abşeron rayon Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X3 barəsində inzibati qərar 07 may 2025-ci il tarixdə qəbul edilsə də, həmin qərardan şikayət ilkin olaraq 03 iyun 2025-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə, daha sonra isə aidiyyəti üzrə 21 iyun 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələləri həll edilir. Belə ki, X3 barəsində inzibati tənbeh vermə haqqında qərar 07 may 2025-ci il tarixdə qəbul edilsə də, həmin şikayət qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Buna görə də məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalı, sonuncuya şikayətin verilməsi üçün zəruri olan ötürülmüş müddətin bərpası barədə ərizə ilə birlikdə yenidən məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 X5 Polis İdarəsinin 07 may 2025-ci il tarixli, EQ 27011453 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair verdiyi şikayət geri qaytarılsın. X2 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmə hüququ izah olunsun. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar