Məhkəmə qərarları › İş №3(012)-1424/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1424/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1424/2023 27.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakimi Səfiyeva Cəmilə İbrahim qızı X1 Azərbaycan Respublikası Qida X3-Xızı Regioanl bölməsinin rəisi X5 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN1313168 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə baxaraq MÜƏYYƏN ETDİM: X2 tərəfindən Azərbaycan Respublikası Qida X3-Xızı Regioanl bölməsinin rəisi X5 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN1313168 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün məhkəməyə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası Qida X3-Xızı Regioanl bölməsinin rəisi X5 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN1313168 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Həmin Məcəllənin 130.1.maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarına X2 tərəfindən Azərbaycan Respublikası Qida X3-Xızı Regioanl bölməsinin rəisi X5 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN1313168 saylı inzibati tənbeh vermə haqqında qərarın hansı tarixdə əldə edilməsini təsdiq edən rəsmi sənəd onun şikayət ərizəsinə əlavə edilməmiş, həmçinin şikayətdə hansı tarixdə əldə edilməsi qeyd edilməmişdir, şikayət isə 25 iyul 2023-cü il tarixdə yəni qeyd edilən qərardan 10 günlük şikayət vermə müddəti keçəndən sonra məhkəməyə daxil olmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Qida X3-Xızı Regioanl bölməsinin rəisi X5 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN1313168 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayəti qanunla nəzərdə tutulan 10 günlük müddət ərzində deyil, müddəti ötürməklə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatət verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin, işin baxılmasının onun səlahiyyətinə aid olubolmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilibedilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, şikayətçi X2 tərəfindən Azərbaycan Respublikası Qida X3-Xızı Regioanl bölməsinin rəisi X5 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN1313168 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət müddət ötürülməklə verildiyindən geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ barəsində qərar qəbul olunmuş şəxsə izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 tərəfindən Azərbaycan Respublikası Qida X3-Xızı Regioanl bölməsinin rəisi X5 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN1313168 saylı qərardan verdiyi şikayət geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldükdə isə, həmin müddətin bərpasına dair vəsatət vermək hüququ şikayətçiyə izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar