Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1425/2025 30.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Nicat Rufulla oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, X1 İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli AP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, X1 İdarəsinin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 İdarəsinin nümayəndəsi X3 bildirdi ki, Abşeron RPİ-nin DYPŞ-si tərəfindən X1 İdarəsinə göndərilmiş sorğu rəsmi olaraq idarəyə daxil olmuş, 20 iyun 2025-ci il tarixdə sorğuya vaxtında cavab verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, X1 İdarəsi barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 347-ci ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirəm. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış inizbati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddəsinə əsasən işə qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron RPİ-nin DYPŞ-nin məktubundan və məktubun rəsmi verilməsinə dair xəbərnamədən görünür ki, Abşeron RPİ-nin DYPŞ-si tərəfindən X1 İdarəsinə sorğu ilə müraciət edilərək İdarənin mülkiyyətində olan “VAZ-212140” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə, saat 11:49 radələrində qeydə alınan inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın sorğunun rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində Polis İdarəsinə təqdim edilməsi xahiş edilmiş, məktub şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş X1 İdarəsinin məhkəməyə ünvanladığı 3-53-2-01/2- 252/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Abşeron RPİ-nin DYPŞsi tərəfindən X1 İdarəsinə daxil olmuş sorğuya 3-53-2-01/2-193/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubla cavab verilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, hüquqi şəxs olan X1 İdarəsinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 347-ci maddəsinin dispozisiyasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iş materiallarında olan Abşeron RPİ-nin DYPŞ-nin məktubundan və məktubun rəsmi verilməsinə dair xəbərnamədən göründüyü kimi Abşeron RPİ-i DYPŞ-i tərəfindən X1 İdarəsinə sorğu ilə müraciət edilərək İdarənin mülkiyyətində olan “VAZ- 212140” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə, saat 11:49 radələrində qeydə alınan inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 5 gün müddətində Polis İdarəsinə təqdim edilməsi xahiş edilmiş, məktub idarənin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, X1 İdarəsinin Abşeron RPİ-yə ünvanladığı 3-53-2-01/2-193/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubla cavab verilmişdir. Göründüyü kimi X1 İdarəsinin hərəkətlərində (hərəkətsizliyində) İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 İdarəsi barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 347-ci ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1425/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1425/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver