Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1426/2021 22.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, zərərçəkmiş şəxs “X11” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1, xx xxxxxx 1983-cü il tarixdə Naxçıvan MR, Şərur rayonu, Yuxarı Yaycı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Naxçıvan MR, Şərur rayonu, Gümüşlü kəndində qeydiyyatda olan və Abşeron rayonu, Hökməli ŞTQ, C. Cabbarlı küçəsi, ev 777-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilkə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Sumqayıt Kommersiya Məhkəməsinin 16.10.2019-cu il tarixli 2-2(085)-432/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş borc tələbi barədə Sumqayıt Kommersiya Məhəməsinin 16.10.2019-cu il tarixli 2-2(085)-432/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 15642 (on beş min altı yüz qırx iki) manat pul tutulub tələbkar “X11” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 verdiyi izahatında göstərmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 16.10.2019-cu il tarixli 2-2(085)-432/2019 saylı icra vərəqəsi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına 18.02.2020-ci il tarixdə daxil olmuş və icra vərəqəsi dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində icra vərəqəsini icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs oğlu icra vərəqəsi üzrə qeyd olunan borc məbləğindən heç bir ödəniş etməmişdir. Hazırda borclu Şəxs oğlunun 15642 manat borcu vardır. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs oğlu verdiyi izahatında göstərmişdir ki, tələbkar “X11” Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcundan ödənişlər etməmişdir. Hazırda maddi imkanı olmadığına görə tələbkara olan 15642 manat borcunu tam ödəyə bilmir. İmkanı olduğu təqdirdə borcundan ödənişlər edəcək. Borcunu ödəmək üçün ona vaxt verilməsini xahiş edir. Tələbkara olan borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Məhkəmə iclasında zərərçəkmiş şəxs “X11” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 verdiyi izahatında göstərmişdir ki, borclu Şəxs hal-hazırda 15642 manat borcu vardır. Borcluya vaxt verilməsinə etiraz edir, dəfələrlə pulunu istəməsinə baxmayaraq, borclu onun tələbinə məhəl qoymamış, borcunu ödəməmişdir. Buna görə də onun barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs oğlunun müdafiəçisi X5 verdiyi izahatında göstərmişdir ki, Şəxs tələbkar “X11” Məhdud Məsuliyyətli Cəmiyyətinə olan 15642 manat borcunu ödəməkdən boyun qaçırmır. Ödənişlər edə bilməməsinin səbəbi işsiz və xəstə olmasıdır. Hal-hazırda maddi imkanı yoxdur. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati işə xitam verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş 08.05.2020-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün, zərərçəkmiş şəxsin izahatları və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Şəxs törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan RespublikasıİXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, inzibati tənbeh tətbiq etdiyi zaman Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən icra məmurunun Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə təklif edilməsinə baxmayaraq Şəxs yenə də borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmədə təklif edilməsinə baxmayaraq Şəxs yenə də hal-hazırda borcunu tam ödəyə bilməyəcəyini bildirmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 16.10.2019-cu il tarixli 2-2(085)-432/2019 saylı saylı icra vərəqəsinə əsasən 15642 manat borcun olmasını nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə cəza təyin edilməsi onun vəziyyətini daha da ağırlaşdırar. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31 və 32-ci maddələrinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini səciyyələndirən halı, məsuliyyətini ağırlaşdıran halı, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli 22 sentyabr 2021-ci il tarixdən, saat 17:15-dən hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon Pİ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1426/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1426/2021
22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver