Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1428/2022 06.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, inzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1975-ci ildə Qusar rayonu, Cibir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Qusar rayonu, Cibir kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında 99994/2018-27-6 icra işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 protokolu müdafiə edərək bildirdi ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-1430/2017 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən iş üzrə borclu Şəxs icra məmurunun qanuni tələblərini pozaraq yaranmış borcundan ödəniş etməmişdir. Ona görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş olundu. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, maddi imkanı olmadığından borcundan tam şəkildə ödəniş edə bilməmişdir. onun əmlakı da satışa çıxarılmış, lakin satılmamış və tələbkara təklif olunmuşdur. Lakin tələbkar imtina etmişdir. Heç bir yerdə işləmir. O, aybaay borcundan ödəniş edəcəyinə dair söz verdi. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili X3 məhkəmədən borclunun əməlində inzibati xətanın tərkibi omadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(012)-9124/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən iş üzrə borclu Şəxs 32846 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməsi qət edilmişir. İş materiallarında olan icra sənədinin aidiyyatı üzrə göndərilməsi barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə aidiyyatı üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materillarında olan qəbzdən görünür ki, borclu Şəxs yaranmış borcundan indiyədək ödəniş etməmişdir. İş materiallarında olan məlumat vərəqindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs mülkiyyətində olan əmlak hərraca çıxarılmışdır. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, icraya yönəldilmişdir və hazırda da qüvvədədir. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş) yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin Qərarın icrası Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1428/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1428/2022
06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver