Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1429/2022 06.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şəxs Şəxs və onun müdafiəçiləri, Abşeron rayon Vəkil Bürosunun vəkil X1 və Bakı şəhər 02 saylı Vəkil Bürosunun vəkili Vəkil2 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Ermənistan Respublikası, Spitak rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-6752/2016 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay 117 manat olmaqla cəmin 350 manat sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulmalıdır. Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli, 2(012)-288/2017 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa 175 manat olmaqla cəmin 350 manat sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulmalıdır. Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-1352/2021 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa 175 manat olmaqla cəmin 350 manat sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli 2(105)-2794/2021 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulmalı, Şəxs 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməli və qətnamə alimentin tutulması hissədə dərhal icra olunmalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-1529/2022 nömrəli icra sənədinə əsasən Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli, 2(012)- 288/2017 saylı və 26 aprel 2021-ci il tarixli, 2(012)-1352/2021 saylı qətnamələri ilə müəyyən edilmiş alimentin məbləğləri artırılaraq, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X4 verilməlidir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına baxmayaraq icra sənədi üzrə hazıradək yaranmış borcunu icra etməkdən və icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 verdiyi izahatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-6752/2016, Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli, 2(012)- 288/2017, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-1352/2021, Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli 2(105)-2794/2021 və Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-1529/2022 saylı icra vərəqələri müxtəlif tarixlərdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icra vərəqələri dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində qətnamələri icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs icra vərəqələri icraya yönəldiyi vaxtdan bu günədək tələbkara olan aliment borcunu tam ödəməmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclu hiss-hissə aliment borcundan ödəniş etmişdir. Hazırda borclu Şəxs tələbkara 7905 manat məbləğində pul aliment borcu vardır. Tələbkar müxtəlif orqanlara şikayət edərək, borcunun ödənilməsini təkidlə tələb etsə də borclu borcunu ödəməkdən imtina edir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 verdiyi izahatında göstərmişdir ki, borclu Şəxs dedikləri yalandır. Belə ki, Şəxs icra vərəqəsindən xəbəri olmadığını bildirdiyi halda Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsindən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, həmin məhkəmənin qərarı ilə rayon məhkəməsinin qətnaməsi dəyişdirilmişdir. Həmçinin həmin icra vərəqəsi üzrə borclu aliment pulu ödəmişdir. Bütün bunlar Şəxs aliment borcunun yaranması barədə icra vərəqəsindən məlumatı olmasından xəbər verir. Şəxsla bir yerdə yaşamamışdır, özü qardaşıgildə, Elçin isə öz anasıgildə qalmışdır. Onlar ümumiyyətlə qeyri rəsmi bir yerdə olmamışlar. Öz valideynlərinin dəstəyi ilə övladlarını saxlayır. Borclu aliment borcunu dəfələrlə tələb etsə də borclu onun tələbinə məhəl qoymamışdır. Şəxs Gənclik Mollda aşpaz işləyir və yüksək əməkhaqqı alır. Aliment borcunu vermədiyi halda uşaqları atasından ayırmamış və mütəmadi görüşməyə həmişə şərait yaratmışdır. Aliment borcunun tam ödənilməsini tələb edir. Buna görə də onun barəsində tədbir görülməsini, onun inzibati qaydada həbs edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, tələbkarla barışmış 2016-cı il tarixdən 2021-ci il tarixədək bir yerdə yaşamışdır. Qeyd edilən borcun yığılmasına səbəb birgə yaşadıqları müddətdə icra şöbəsinə icraatın dayandırılması barədə müraciət edilməməsidir. Yalnız Sumqayıt Apelyasiya Məhkəməsində ona məlum olmuşdur ki, birgə yaşadıqları dövrdə aliment borcu yaranmışdır. Tələbkar uşaqları ilə görüşməyı şərait yaratmır. Uşaqları ona qarşı öyrədir. Halbu ki, tələbkara indiyədək 5024 manat aliment pulu ödəmişdir. İmkanı olduqca təlbkara olan aliment borcunu ödəyəcəyinə söz verir. Tələbkara olan 7905 manat məbləğində pul borcunu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Bakı şəhər 02 saylı Vəkil Bürosunun vəkili Vəkil2 hüquqlarını müdafiə etdiyi şəxsin 2016-cı il tarixdən 2021-ci il tarixədək tələbkarla birlikdə yaşamasını, bu səbəbdən aliment borcunun yaranmasını və bu faktın tələbkar tərəfindən indiyədək borcludan aliment tələb etməməsinə dəlalət etməsini, özünün deməsinə görə uşaqlarına baxmasını, qeyd etdiklərinin Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində öz əksini tapmasını, hazırda ilkin olaraq, birgə yaşadıqları dövrdə yığılan aliment borcunun silinməsinə dair mediasiya prosesinin tətbiqi ilə bağlı mediatora müraciət edilməsini və bu barədə tələbkarın bildiriş almasını, hesablamalarına görə tələbkara 1200 manat məbləğində aliment borcunu hazıda borclunun ödəməyə hazır olmasını nəzərə alaraq, onun barəsində başlanmış Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X10 hüquqlarını müdafiə etdiyi şəxsin 2016-cı il tarixdən 2021-ci il tarixədək tələbkarla birlikdə yaşamasını, birgə təsərrüfat aparmalarını, , ikinci uşağın dünyaya gəlməsi buna dəlalət etməsini, bu səbəbdən də aliment borcunun yaranmasını nəzərə alaraq, onun barəsində başlanmış Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Bundan başqa borclu ilə tələbkarın birgə yaşadıqları dövrdə yığılan aliment borcunun silinməsinə dair mediasiya prosesinin tətbiqi ilə bağlı mediatora müraciət edilməsini və bu barədə tələbkarın bildiriş almasını təsdiq edən sübutlar təklif edilməsinə baxmayaraq, müdafiə tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin, Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra vərəqəsindən məlumatı olmaması ilə əlaqədar icra sənədini icra edə bilməməsinə istinad etsə də, məhkəmə qeyd edir ki, istinad edilən dəlil əslində keçən uzun müddət ərzində yuxarıda sadalanan sənədin icra edilməsi üçün bəhanə olmaqla dövlətin adından qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə etinasız yanaşmanın göstəricisidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan RespublikasıİXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, inzibati tənbeh tətbiq etdiyi zaman Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən icra məmurunun Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə təklif edilməsinə baxmayaraq Şəxs yenə də aliment borcunu ödəyə bilməyəcəyini bildirmiş, eyni zamanda təklif etdiyi 1200 manat məbləğində pulu ödəməkdən imtina etmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini səciyyələndirən halı, məsuliyyətini ağırlaşdıran halı, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən, saat 17:50-dən hesablansın. Qərarın icrası Abşeron rayon Pİ-nə tapşırılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 5 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkil X3 müvafiq olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1429/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1429/2022
06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver