Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-143/2022 19.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, Abşeron Rayon Polis İdarəsinin MN ******* saylı qərarından X2 şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Polis İdarəsinin MN ******* qərarı ilə X4 100 manat məbləğində inzibati cərimə edilmişdir. X4 həmin qərardan şikayət vermiş, şikayət 19.01.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. X1 Rayon Polis İdarəsinin MN ******* saylı qərarından qanunla müəyyən edilmiş müddətdə şikayət etməmişdir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Abşeron Rayon Polis İdarəsinin MN ******* saylı inzibati iş üzrə qərardan şikayət müddət ötürüldükdən sonra verildiyinə görə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109-cu maddəsini rəhbər tutaraq Qərara aldı : X2 Abşeron Rayon Polis İdarəsinin MN ******* saylı inzibati iş üzrə qərardan şikayət müddət ötürüldükdən sonra verildiyinə görə geri qaytarılsın. Sədrlik edən : Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-143/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-143/2022
19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver