Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1430/2022 08.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, protokolu tərtib edən şəxs Abşeron rayon Polis idarəsinin polis serjantı Ruslan Ramiz oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun qanuni nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxx 2006-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, şagird, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon Polis idarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron rayon Polis idarəsində protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokollardan və onlara əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 03 sentyabr 2022-ci il tarixdə saat 16.20 dəqiqədə Bakı Quba yolunun 16-cı km-də Kia Optima markalı 44 BV713 dövlət qeydiyyat nişanlı avtomobillə manevr qaydasını pozaraq hərəkətdə olan BMW markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, sürücünün sürücülük hüququ yoxdur. Məhkəmə iclasında dindirilmiş Abşeron rayon Polis idarəsinin polis serjantı Ruslan Ramiz oğlu protokola uyğun izahat verməklə məhkəmədən onun barəsində inzibati məsuliyyətə cəlb olunub barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi X6 dəymiş ziyandan 2200 manat ödədiyini, ona görə də oğlu barəsində cərimə cəzasının tətbiq olunmasını xahiş etdi. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yetkinlik yaşına çatmayan şəxs olmasının nəzərə alınmasını və cərimə cəzası tətbiq olunmasını xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib edən şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsirliyi tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs şəxsiyyətini, yetkinlik yaşına çatmayan şəxs olmasını, dəymiş ziyandan qismən ödənişlər etməsini nəzərə almaqla, barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhər İcra İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1430/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1430/2022
08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver