Məhkəmə qərarları › İş №3(012)-1430/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1430/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1430/2023 17.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X3 iştirakı ilə, X3 Abşeron DYPŞ-nin YPX-nin inspektoru tərəfindən qəbul edilmiş 27 iyun 2023cü il tarixli TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 DYPŞ-nin YPX-nin inspektoru tərəfindən qəbul edilmiş 27 iyun 2023-cü il tarixli TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət edərək qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “Opel Astra” minik markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin qarşısında saxlayıb evə girmiş,bir müddət sonra evdən çıxıb avtomobilinə yaxınlaşanda gördü ki, tanımadığı şəxs “Toyota Prius” markalı avtomobili ara məsafəsi saxlamadan avtomobilinin arxasında saxlamışdı. Həmin vaxt avtomobilə əyləşərək işə saldı, lakin hərəkət etmədi.Həmin vaxt “Toyota Prius” markalı avtomobilin sürücüsü arxadan qışqıraraq guya onun idarə etdiyi avtomobillə onun idarə etdiyi avtomobili vurduğunu bildirdi. Buna görə də o, avtomobildən düşdü və ona öz iradını bildirərək idarə etdiyi avtomobillə onun idarə etdiyi avtomobili vurmadığını, əgər idarə etdiyi avtomobillə onun idarə etdiyi avtomobili vurmuşdusa, onun idarə etdiyi avtomobildə heç bir xəsarət izinin niyə olmadığını soruşdu.Sonradan ona məlum oldu ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol X8 Patrul Xidmətinin inspektoru, polis leytenantı X2 onun təqsirli olmağı barədə protokol tərtib edilmiş və qərar qəbul edilmişdir.Belə ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol X8 Patrul Xidmətinin inspektoru, polis leytenantı X2 tərəfindən xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və o, Azərbaycan Respublikasının İXM-nin 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) və 327.1 -ci (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulması) təqsirli bilinmişdir.Həmin protokol əsasında Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol X8 Patrul Xidmətinin inspektoru, polis leytenantı X2 tərəfindən xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikasının İXM-nin 327.6, 327.1-ci maddələri ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmiş və 4 bal tətbiq edilmişdir.Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.Belə ki, qeyd etmək istəyir ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol X8 Patrul Xidmətinin inspektoru, polis leytenantı X2 tərəfindən onun barəsində protokol tərtib və qərar qəbul edilməsinin səbəbi kimi onun xx.xx.2023-cü il tarixdə “Opel Astra” minik markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xıdalan şəhəri, “Kristal Abşeron-1” ünvanında olarkən guya yol nəqliyyat hadisəsi yerindən yayınmağı və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmağı göstərilmişdir.O həmin vaxt yol nəqliyyat hadisəsi yerindən yayınmamış və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmamışdır.Onun tərəfindən qeyd olunan inzibati xətaların törədilməsini təsdiq edən heç bir sübut və ya video görüntü yoxdur.Buna baxmayaraq, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol X8 Patrul Xidmətinin inspektoru, polis leytenantı X2 onun guya həmin ərazidə yol-hərəkəti qaydalarını pozduğumu qeyd etmiş, lakin onun yol- hərəkəti qaydalarını pozduğunu təsdiq edən hər hansı bir sübutu ona təqdim etməmiş və ya qəbul edilmiş qərara əlavə etməmişdir.Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol X8 Patrul Xidmətinin inspektoru, polis leytenantı X2 tərəfindən heç bir araşdırma aparılmamış və heç bir əsaslı səbəb olmadan onu təqsirli bilmişdir. İşin məhkəmə baxışında şikayətçi X4 şikayətin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Həmin pratokoldan görünür ki, barəsində inzibati xəta protokolu tərtib olunan şəxs protokolun tərtibində iştirak etməmiş, protokol elektron qaydada tərtib olunsa da,protokolun tərtibindən 3 aydan artıq müddət sonra 27 iyun 2023-cü il tarixdə müvafiq qərar qəbul ediəndən sonra həmin qayda üçün müəyyən edilmiş qanunvericiliyin aşağıda qeyd edilən tələbi protokol tərtib edən tərəfindən pozulmaqla şikayət verən göndərilmişdir. 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir.[97] 122.2. İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır.[98] 122.3. İnzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: [99] 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Abşeron RPİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Mobil Hüseynov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1 maddələrinə əsasən inzibati qaydada 100 manat məbləğində cərimə inzibtati tənbeh tədbiri tətbiq edilmişdir.Halbu ki, həmin qərarın qəbul edilməsinə əsas olan Abşeron RPİ-in DYPŞ-in əməkdaşı tərəfindən tərtib olunan qeyd edilən protokol barəsində inzibati xəta protokolu tərtib olunan şəxsin hüquqlarının pozulması ilə tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə həmin Məcəllədə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə, məhkəmə hesab edir ki,şikayət əsaslı olmaqla təmin edilməli, X3 barəsində Abşeron DYPŞ-nin YPX-nin inspektoru tərəfindən qəbul edilmiş 27 iyun 2023cü il tarixli TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində Abşeron DYPŞ-nin YPX-nin inspektoru tərəfindən qəbul edilmiş 27 iyun 2023-cü il tarixli TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olunsun. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar