Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1431/2020 19.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Abşeron rayon polis idarəsinin sahə rəisi, baş leytenant X1, Zərərçəkmiş şəxs, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Gürcüstan Respublikasında şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi 04, ev 75-də yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində, Abşeron Rayon Məhkəməsinin inzibati binasının qarşısında, barəsindəki cinayət işi ilə əlaqədar gedən məhkəmə prosesində zərərçəkmiş şəxsin nümayəndəsi qismində iştirak edən Zərərçəkmiş şəxs qarşı nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon polis idarəsinin sahə rəisi, polis baş leytenantı X2 izahatında göstərmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili Zərərçəkmiş şəxs rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində Abşeron Rayon Məhkəməsinin inzibati binasının qarşısında məhkəmənin icraatında olan cinayət işi ilə əlaqədar zərərçəkmiş şəxsin nümayəndəsi qismində iştirak etdiyinə görə camaatın gözü qarşısında həmin cinayət işi üzrə təqsirləndirilən şəxs Şəxs ünvanına nalayiq söyüşlər söyərək, onu təhqir etdiyini bildirmişdir. Bununla əlaqədar araşdılırma aparılmış zərərçəkmiş şəxsin və inzibati xəta törədən şəxsin daha sonra şahidin izahatları alınmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib etmişdir. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayon Vəkil Bürosuun vəkilidir. xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində, Şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi olduğu Abşeron Rayon Məhkəməsində olmuşdur. Məhkəmə prosesi zamanı vəkil-nümayəndə olaraq çıxışı zamanı məhkəmənin nəzərinə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmədiyini və əvvəllərdə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunduğunu çatdırmışdır. Bu onun vəzifə borcudur. Proses qurtardıqdan sonra məhkəmənin inzibati binasının qarşısında olarkən, Hümbət digər şəxslərin gözü qarşısında ona yaxınlaşaraq, “Nə üçün sən mənim CM-in 128-ci maddəsilə olan işimi qaldırırsan” soruşaraq, onun ünvanına nalayiq söyüşlər söymüşdür. Daha sonra Şəxs oradan uzaqlaşmışdır. Şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu izahat verərək, Şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığını, məhkəmədə nümayəndəsi qismində Abşeron rayon Vəkil Bürosuun vəkili Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməməsini və sonuncunun əvvəllər də cinayət məsuliyyətinə cəlb olunduğunu qeyd etdiyini, məhkəmə prosesindən çıxarkən məhkəmənin inzibati binasının qarşısında Şəxs vəkil Zərərçəkmiş şəxs yaxınlaşaraq, onun barəsində məhkəmədə mənfi xarakterizə edən çıxışları nə üçün etdiyini deyərək, Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyərək, oradan uşaqladığını bildirərək, Zərərçəkmiş şəxs izahatında göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməmiş, məhkəmədə zərərçəkmiş şəxsin göstərdikləri ilə razı olmadığını bildirərək, onun barəsində Abşeron Rayon Məhkəməsinin icraatında CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində, barəsindəki cinayət işi ilə əlaqədar Abşeron Rayon Məhkəməsində olmuşdur. Proses qurtardıqdan sonra məhkəmənin inzibati binasının qarşısında taksiyə əyləşib oradan çıxıb getmişdir. Həmin vaxt orada Zərərçəkmiş şəxs yaxınlaşmamış, nə də onu söyüb təhqir etməmişdir. Bütün bunlar ona atılan şər və böhtandır. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması zərərçəkmiş şəxsin və şahidin izahatı və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1431/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1431/2020
19.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver