Məhkəmə qərarları › İş №3(012)-1432/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1432/2021

10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1432/2021 10.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETİ-nin əməkdaşı X3 və Şəxs MMC-nin nümayəndəsi X5 Gholamalinin və Mihəmid Seifinin iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETİ-nin inzibati xəta haqqında materialına baxaraq MÜƏYYƏN ETDİM : Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETİ-si tərəfindən tərtib edilmiş 07.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETİ-nin əməkdaşı X4 bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 53 saylı sərəncamına əsasında idarə əməkdaşları tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında”, Ekoloji Təhlükəsizliyi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləriə əməl olunması vəziyyəti araşdırılmışdır. Araşdırma müddətində 01.09.2021-ci il tarixində saat 12:50-də kəskin iy-qoxu ilə müşahidə olunan yanğın faktına rast gəlinmişdir. Tərəfimizdən aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, yanğın baş verən ərazi Abşeron rayonu, Hökməli qəsəbəsində fəaliyyət göstərən Şəxs MMC-yə məxsusdur. Özünü həmin müəssisənin mühasibi kimi təqdim edən Fərhad Əfəndiyev onların suallarını cavablandırmaqdan və yanan materialların tərkibinin nədən ibarət olunmasını müəyyənləşdirmək üçün əraziyə baxış keçirmələrinə imkan yaratmaqdan imtina etdi. Baş verən zaman yanğın hadisəsinin daha böyük fəsadlara səbəb olmaması məqsədi ilə FHNnin 101 YMX-nə zəng olunmuş, 13:02-də hadisə yerinə gələn yanğısöndürmə xidmətinin əməkdaşları və yanğın söndürülməsi üçün əraziyə cəlb olunan FHN-nə məxsus 90JT476 dövlət qeydiyyat nişanlı “Kamaz” markalı avtomobili müəssisə rəhbərliyi tərəfindən əraziyə buraxılmamışdır. Baş vermiş yanğınla əlaqədar əraziyə cəlb olunmuş FHN-nin əməkdaşları yanğının baş verdiyi yerə buraxılmadıqlarını gördükdə bu barədə öz rəhbərliyinə məruzə etmiş, bundan sonra əraziyə gələn FH_nin əməkdaşlarının hamısı yox, yalnız 5-6 nəfərin əraziyə buraxılmasına müəssisə rəhbərliyi tərəfindən icazə verilmiş, 20 dəqiqədən sonra əraziyə baxış keçirib geri qayıdan FHN-nin əməkdaşları telefon vasitəsi ilə öz rəhbərlirinə etdikləri məruzədən məlum olmuşdur ki, Şəxs MMC-nin həyətində baş vermiş yanğın hadisəsi təxminən 5 kv.m-də toplanmış rezin və plastik tərkibli tullantılardan ibarət olmuşdur. Yanğın baş verən müddətdə ərazinin şəkilləri tərəflərindən çəkilmiş və akt tərtib olunmuş, lakin müəssisəinin mühasibi aktla tanış olmasına baxmayaraq onu imzalamaqdan imtina etmişdir. Beləliklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETİ-si tərəfindən Şəxs MMCnin barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi MN ******* nömrəli, 07.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X5 Gholamali bildirdi ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETİ-si tərəfindən tərtib edilmiş 07.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində fəaliyyət göstərən Şəxs MMC-nin 01.09.2021-ci il tarixində saat 12:50-də kəskin iy-qoxu ilə müşahidə olunan yanğın faktına rast gəlinmişdir. Bildirmək istəyir ki, heç bir yanğın hadisəsi olmamışdır. Əgər yanğın hadisəsi nəticəsində hava çirklənibsə bu hər hansı bir aparatla ölçülməli və ya ekspertiza təyin olunmalı idi. Lakin bunların heç biri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETİ-si tərəfindən yerinə yetirilməmişdir. Əraziyə gəlmiş FHN-nin əməkdaşları heç bir yanğın hadisəsinin şahidi olmamışlar. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən Şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Mihəmid Seifi bildirdi ki, Şəxs MMC-nin direktorudur. Şirkət Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşir. Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETİ-si tərəfindən tərtib edilmiş 07.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolun barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılan hüquqi şəxsin izahat və imza hissəsində onun xəbəri olmadan “izahat verməkdən imtina olunması” qeyd olunmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hadisə olan zaman o, Azərbaycan Respublikasında olmamışdır. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən Şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 07.09.2021-ci il tarixli aktdan görünür ki, 01.09.2021-ci il tarixdə saat 12:50-də kəskin iyqoxu ilə müşahidə olunan yanğın faktına rast gəlinmişdir. Aparılan araşdırma nəticəsində yanğının baş verdiyi ərazinin Abşeron rayonu, Hökməli qəsəbəsində fəaliyyət göstərən Şəxs MMC-yə məxsus olması göstərilmişdir. Akta əlavə edilmiş fotoşəkillərdən görünür ki, aktda qeyd olunan ərazidə yanğın nəticəsində ətrafı tüstü bürümüşdür. Məhkəmə inzibati işin obyektiv və ədalətli məhkəmə araşdırması aparılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinə 01.09.2021-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən Şəxs ASC-nin ərazisində baş vermiş yanğına dair çağırışın kim tərəfindən edilməsi və çağırışla əlaqədar görülən tədbirlərin nəticəsi barədə sorğu vermiş, həmin sorğuya cavab olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyevin 17 noyabr 2021-ci il tarixli məktubu ilə X1 Mərkəzinə 01.09.2021-ci il tarixində saat 12:51 dəqiqədə ***-***-**-** GSM telefon vasitəsilə vətəndaş tərəfindən Hökməli dairəsi, Şəxs MMC-nin ərazisində (Bakı-Şamaxı şossesi 69) yanğın hadisəsi baş verməsi haqqında məlumat daxil olmuşdur. Daxil olan məlumata əsasən saat 12:53 dəqiqədə müvafiq qaydalara uyğun olaraq iki ədəd yanğın avtomobili manqa tərkibdə hadisə yerinə yürüş etmişdir. Yanğından Mühafizə bölmələri hadisə yerinə çatana kimi Şəxs MMC-nin işçiləri tərəfindən yanğın söndürülmüşdür. Yanğından MX-nin əməkdaşları tərəfindən yanğınsöndürmə əməliyyatı aparılmamışdır. Yanğın nəticəsində Şəxs MMC-nin hasara alınmış ərazisində nəzarət altında 10 kv.m sahədə quru ot yanmışdır. Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı E.Musayev tərəfindən tərtib edilmiş 07.09.2021-ci il tarixli, MN №1200489 saylı inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları – aparıcı məsləhətçi E.Musayev, baş məsləhətçi Ə.Qasımov tərəfindən tərtib edilmiş 01.09.2021-ci il tarixli 72058 nömrəli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 53 saylı sərəncamına əsasında idarə əməkdaşları tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında”, Ekoloji Təhlükəsizliyi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləriə əməl olunması vəziyyəti araşdırılmışdır. Araşdırma müddətində 01.09.2021-ci il tarixində saat 12:50-də kəskin iy-qoxu ilə müşahidə olunan yanğın faktına rast gəlinmişdir. Tərəfimizdən aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, yanğın baş vern zaman ərazi Abşeron rayonu, Hökməli qəsəbəsində fəaliyyət göstərən Şəxs MMC-yə məxsusdur. Özünü həmin müəssisənin mühasibi kimi təqdim edən Fərhad əfəndiyev onların suallarını cavablandırmaqdan və yanan materialların tərkibinin nədən ibarət olunmasını müəyyənləşdirmək üçün əraziyə baxış keçirməyinizə imkan yaratmaqdan imtina etdi. Baş verən zaman yanğın hadisəsinin daha böyük fəsaslara səbəb olması məqsədilə FHN-nin 101 YMX-nə zəng olunmuş, 13:02-də hadisə yerinə gələn yanğısöndürmə xidmətinin əməkdaşları və yanğınsöndürülməsi üçün əraziyə cəlb olunan FHN-nə məxsus 90JT476 d.q.n, Kamaz markalı avtomobil müəssisə rəhbərliyi əraziyə buraxılmışdır. Baş vermiş yanğınla əlaqədar əraziyə cəlb olunmuş FHN-nin əməkdaşları yanğının baş verdiyi yerə buraxılmadıqlarını gördükdə bu barədə öz rəhbərliyinə məruzə etdilər. Bundan sonra əraziyə gələn FH_nin əməkdaşlarının hamısı yox, yalnız 5-6 nəfərin əraziyə buraxılmasına müəssisə rəhbərliyi tərəfindən icazə verildi. 20 dəqiqədən sonra əraziyə baxış keçirilərib geri qayıdan FH-nin əməkdaşları telefon vasitəsi ilə öz rəhbərlirinə eetdikləri məruzədən məlum oldu ki, Şəxs MMC-nin həyətində baş vermiş yanğın hadisəsi təxminən 5 kv.m-də toplanmış rezin və plastik tərkibli tullantılardan ibarət olmuşdur.Yanğın baş verən müddətdə ərazinin şəkilləri tərəflərindən çəkilmiş və akt tərtib olunmuşdur. Lakin müəssisəinin mühasib aktla tanış olmasına baxmayaraq onu imzalamaqdan imtina etmişdir. Məhkəmə qeyd edir ki, "İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Həmin Qanunun 15-ci maddəsinə görə tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X2 Komitəsi] tərəfindən həyata keçirilir. Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətinə hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması; sanitariya, gigiyena, əksepidemik və təbiəti mühafizə tədbirlərinin yerinə yetirilməsinə, gigiyena və ekoloji normativlərə əməl olunması və s. daxildir. "Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 47.1 -ci maddəsinə görə istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.04.2005-ci il tarixli, 74 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 10.3-cü bəndinə görə balansında yaşayış binaları olan müəssisə, idarə və təşkilatlar, binalar üzrə məsul şəxslər cavabdeh olduğu ərazilərin, tullantı kameralarının təmiz, tutumların saz vəziyyətdə saxlanılmasını təmin etməyə, bunlar üçün meydançaların müntəzəm yuyularaq dezinfeksiya edilməsinə; tutumlar üçün sukeçirməyən örtüklə döşənmiş meydançalar hazırlamağa; yeyinti tullantılarının, küçə və həyət süpürüntülərinin yığışdırılıması üçün inventarlarla təmin etməyə;əhali arasında izahat işləri aparmağa və onları yaşayış yerlərinin təmiz saxlanılması qaydalarının həyata keçirilməsi tədbirlərinə cəlb etməyə; məişət tullantılarının vaxtlı-vaxtında daşınması üçün tədbirlər görməyə və tullantıların uçotunun aparılmasına borcludurlar. Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.3-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Abşeron rayonu Hökməli Bələdiyyəsinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyəti və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə inzibati qaydada cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 390, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 6500 (altı min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar