Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1433/2020 21.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının,Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsŞəxs və müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil inzibati tənbeh vermə barədə protokol vermiş böyük icra məmuru X5, tələbkar X1 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Zəngilan rayonu, Akara Day kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Həkəri dayanacağı ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8protokolu müdafiə edərək bildirdi ki, Yasamal Rayon Məhkəməsinin2(004)-5862/2018 saylı, xx.xx.2018-ci il tarixliicra vərəqəsinəəsasəniş üzrə borclunun tələbkara ödənilməmiş 5030 manat aliment borcu yaranmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-5862/2018 saylı icra sənədinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 verilməsi qət edilmiş, alimentin tutulmasının əvvəli xx.xx.2018-ci il tarixdən hesablanması qət edilmişdir. Cavabdeh Şəxs icra sənədlərinin icrasından yayınaraq borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edərək, heç bir üzrlü səbəb göstərmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, icra məmuru,borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs borcu birdəfəlik ödəməyə imkanı olmadığını bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, Zəngilan Rayon Məhkəməsinin icra sənədinə əsasən X3 mülkiyyətində olan “Mercedes Benz E 320” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması həmin avtomobilin aşkar edildiyi yerdə dayandırılması, avtomobil saxlanılan kimi Azərbaycan Respublikası DİN BDYPİ-nin cərimə meydançasına yerləşdirilməsi və qərardadın icrasının Azərbaycan Respublikası DİN BDYPİ-nə həvalə edilməsi qərara alınmışdır. Həmin avtomobili o aldığından icra məmuruna təqdim etmək niyyəti də yoxdur, hazırda da onun sahibliyindədir. Məhkəmə iclasında dindirilmiş tələbkar X4 bildirdi ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-5862/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinəəsasənxx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinli yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. İş üzrə borclu Şəxs borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edir. Borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Vəkil bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-5862/2018 saylı icra sənədinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 verilməsi qət edilmiş İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin icra sənədinə əsasən X3 mülkiyyətində olan “Mercedes Benz E 320” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması həmin avtomobilin aşkar edildiyi yerdə dayandırılması, avtomobil saxlanılan kimi Azərbaycan Respublikası DİN BDYPİ-nin cərimə meydançasına yerləşdirilməsi və qərardadın icrasının Azərbaycan Respublikası DİN BDYPİ-nə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi ,və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-5862/2018 saylı icra sənədinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 verilməsi qət edilmiş, bundan başqa eyni zamanda “Mercedes Benz E 320” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması həmin avtomobilin aşkar edildiyi yerdə dayandırılması, avtomobil saxlanılan kimi Azərbaycan Respublikası DİN BDYPİ-nin cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı borclu üzərinə məhkəmə qərarına əsasən həbs qoyulmuş mübahisəli avtomobilin onun sahibliyində olduğunu bildirmiş, lakin icra məmurunun dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq təqdim etməkdən imtina etmiş, bununla da icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Göstərilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cumaddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 (on)gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən, saat 18:00-dan hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on)gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1433/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1433/2020
21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver