Məhkəmə qərarları › İş №3(012)-1434/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1434/2021

24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1434/2021 24.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, X1 tərəfindən daxil olmuş şikayətin baxılmasına hazırlıq zamanı Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 24.09.2021-ci il tarixdə X1 barəsində tərtib edilmiş protokoldan şikayət etməklə Bakı şəhər, Nizami Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokol və qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialında olan Nizami Rayon Polis İdarəsi MN ******* nömrəli 10.08.2021-ci il tarixli protokolla xəbərdarlıqsız cərimə olunmasını nəzərə alıb səbəbinin araşdırılmasını və ondan xəbərsiz şəkildə qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir, halbuki qanunda protokoldan deyil, yalnız qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Şikayət əlavə edilmiş Asan Pay portalından göndərilmiş sənədlərdən də görünür ki, MN ******* nömrəli protokol üzrə cərimə olunması qeyd olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 432.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 432.2-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər Azərbaycan Respublikasının İXM-nin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. Buna görə də hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə qərardan deyil, protokoldan şikayət verildiyindən, eləcə də iş materiallarına yalnız protokol əlavə olunduğundan X1 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 tərəfindən Bakı şəhər, Nizami Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokol və qərarın ləğv edilməsini barədə şikayət geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar