Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1434/2023 09.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 370-1.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 21 iyul 2023-cü il tarixli ******* saylı inzibati xəta protokolu üzrə materialına baxaraq MÜƏYYƏN ETDİM : Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 370-1.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN1898506 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X4 bildirdi ki, vətəndaş X2 “BHS-FİBER” adı ilə tanıdığı müəssisənin göstərdiyi internet xidmətinin keyfiyyətinə dair Agentliyə daxil olmuş xx.xx.2023-cü il tarixli elektron şikayəti araşdırılarkən şikayətdə internet xidməti göstərən müəssisəni identifikasiya etmək üçün heç bir məlumatın olmadığı, şikayətçinin həmçinin “BHS-FİBER” adlı hüquqi şəxsi tapa bilməməsindən narazı qalması müəyyən edilmişdir. Araşdırma zamanı million.az ödəniş saytında internet xidmətlərinin haqqının ödənilməsi səhifəsində “BHS-FİBER” adı ilə internet xidmətlərinə görə xidmət haqlarının toplanması imkanının olduğu öz təsdiqini tapmış, lakin müəssisənin adı və təşkilati hüquqi forması həmin səhifədə öz əksini tapmamışdır. Müəssisənin müəyyənləşdirilməsi üçün "xxxx" MMC şirkətinə xx.xx.2023-cü il tarixli 3-27-107/2-İ-2/1-24/2023/271 nömrəli sorğu göndərilmiş, sorğuya xx.xx.2023-cü il tarixli PPO-SAM/0453//2023 nömrəli məktubla cavab verilmiş, cavabdan məlum olmuşdur ki, vətəndaşın məktubunda qeyd etdiyi müəssisə əslində Şəxs MMC-dir. Lakin Şəxs MMC-nin internet telekommunikasiya xidməti göstərən operator və ya provayder kimi uçota alınmaq üçün “Elektron hökumət” portalı vasitəsilə müraciət etmədiyi, Nazirliyin internet informasiya ehtiyatında uçota alınmış operatorlar və provayderlər barədə məlumat bölməsindəki siyahıda yer almadığı müəyyən olunmuşdur. Nəticədə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar olunaraq, Agentlik tərəfindən xx.xx.2023- cü il tarixində tərtib edilmiş akt nəzərə alınmaqla, İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın (İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər tərəfindən uçota durma qaydalarının pozulması) törədilməsi əsasları ilə inzibati xəta müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq, Nazirliyin xx.xx.2023-cü il tarixli 3-27/2-6492/23 nömrəli məktubu ilə Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi işin halları ilə tanış olması, müvafiq izahatın verilməsi və göstərilən maddə üzrə inzibati xəta haqqında protokolun tərtibində iştirak etməsi üçün xx.xx.2023-cü il tarixində Nazirliyə dəvət olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 100cü maddəsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” 2016-cı il 18 noyabr tarixli 466 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavəyə uyğun olaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına sözügedən Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməklə Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə xx.xx.2023-cü il tarixində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Şəxs MMC-nin nümayəndəsinə protokolun surəti təqdim edilmişdir. Sonda o, Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş üzrə Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112-ci maddələrinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 370-1.0.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 370-1.0.1-ci maddəsinə əsasən internet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər tərəfindən uçota durma qaydalarının pozulmasına, yəni: vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 18-ci maddəsinin tələblərinə əsasən, Şəxs » MMC hüquqi şəxsdir. Buna görə də o, hüquqi şəxs kimi inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 370-1.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1434/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1434/2023
09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver