Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1434/2025 24.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızı tərəfindən, X1 Azərbaycan Respublikası DİN BDYP İdarəsinin Xİİ X6 Xidməti inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: X2 barəsində Azərbaycan Respublikası DİN BDYP İdarəsinin Xİİ X6 Xidməti inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Abşeron Rayon Məhkəməsinə şikayət vermişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, X1 barəsində Azərbaycan Respublikası DİN BDYP İdarəsinin Xİİ X6 Xidməti inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarında qeyd edilən yol nəqliyyat hadisəsi Hacıqabul-Horadiz yolunun 18-ci kilometrliyində baş vermiş və həmin ərazi Hacıqabul rayonunun ərazisidir. Şikayəti və ona əlavə edilmiş sənədləri, nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Göründüyü kimi hazırki iş üzrə şikayət barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsinə görə verilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin inzibati xətanın törədilmə yeri kimi həmin hadəsinin törədilmə yeri hesab edilməlidir. İş materiallarından müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında qəbul edilmiş qərdan şikayət vermiş şəxs X2 həmin inzibati xətanı Hacıqabul-Horadiz yolunun 18-ci kilometrliyində törətmiş və həmin ərazi də Hacıqabul rayonunun ərazisidir.Şikayətin şikayətverənin yaşadığı yer üzrə baxılmasına dair vəsatət təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN BDYP İdarəsinin Xİİ X6 Xidməti inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti iş materialları ilə birgə baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası DİN BDYP İdarəsinin Xİİ X6 Xidməti inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1434/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1434/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver