Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1435/2020 19.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, Azərbaycan Respublikası İqtidadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Şəxs Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokola baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtidadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Şəxs Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol baxılması üçün Abşeron rayon məhkəməsinə daxil olmuşdur. Tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmidir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin protokolda etirafedici izahatını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Azərbaycan Resöublikası İqtidafi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və həmin əməl Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İ dərəcəli müfəttişi Eltun Baxşalıyev tərəfindən tərtib edilmiş MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə restoran işçiləri epidemiya əleyhinə fərdi qoruyucu tibbi maskadan istifadə etmədiyi müəyyən edilmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs qeyd edilən Qərarın tələblərinə əməl etməmiş, karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuş, protokolda da müəssisənin direktoru X2 qeyd olunan halları etiraf etmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarına əsasən şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; açıq sahəli ofislərdə və istehsalat yerlərində, tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda, tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Həmin qərarın bu qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə pozulmasına görə fiziki şəxslər yüz manat məbləğdə, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Şəxsnə cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat inzibati cərimə olunsun. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1435/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1435/2020
19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver