Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1435/2021 21.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X8 Maşallah iştirakı ilə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin polis sahə rəisi, X11 tərəfindən qəbul edilmiş 16.09.2021-ci il tarixli, EPQ ******* saylı qərardan X5 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X5 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin polis sahə rəisi, X11 tərəfindən qəbul edilmiş 16.09.2021ci il tarixli, EPQ ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-nin sahə inspektoru X10 16.09.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Gülməmməd Ramazanov küçəsində saxlayaraq, nə üçün açıq havada maska taxmadığını irad bildirərək, kobud şəkildə onu təhqir edərək, 100 manat mələğində cərimə etmiş və şifahi olaraq ona protokol, nə də ki, qərar təqdim edilmədən Azərbaycan Respublikasının İXM-nin müvafiq qanunlarını pozduğunu bildirmişdir. X5 polis əməkdaşından protokol və qərarı verməsini və bu barədə şikayət ilə məhkəməyə müraciət edəcəyini dedikdə, mobil telefon nömrəsinə SMS göndəriləcəyini deyərək, həmin SMS-də bütün məlumatların qeyd ediləcəyini demişdir. Sahə inspektoru X6 ona qarşı bu hərəkəti açıq-aşkar məlumdur ki, qərəzlidir. Açıq havada maska taxmadığını bildirərək, onu 100 manat məbləğində cərimə etmişdir. O, vəzifəsindən sui-istifadə edərək, onun heç bir səbəb olmadan təhqir edib, qanun pozduğunu bildirmişdir. Halbuki, onu saxlıyan zaman ona bildirib ki, yolu keçən bütün vətəndaşların maskası yoxdur dediyinə, o isə cavabında kimi istəsə onu saxlayacaq və kimsən ki iş öyrədirsən deyib cavab verdi. Məlumat üçün bildirir ki, İ Qarabağ müharibəsi iştirakçısı olub və Qarabağ Veteranıdı. Buna görə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin polis sahə rəisi, X11 tərəfindən qəbul edilmiş 16.09.2021-ci il tarixli, EPQ ******* saylı qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi təkrarən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşının iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin polis sahə rəisi, X11 tərəfindən qəbul edilmiş 16.09.2021-ci il tarixli, EPQ ******* saylı qərarından görünür ki, epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin qaydalarını pozması faktı aşkar edilmiş və nəticədə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 100 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X5 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmədə müəyyən edilmişdir ki, inzibati protokol tərtib edildiyi zaman X3 protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamışdır və inzibati xəta törətməsi barədə iş üzrə heç bir sübuta istinad olunmamışdır. Bundan əlavə məhkəməyə təqdim edilmiş çıxarışdan görünür ki, X5 inzibati xətanı törədildiyi zaman, yəni 16.09.2021-ci il tarixdə, Gülməmməd Ramazanov adına küçədə olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli qərarına əsasən, “açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilmişdir”. Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin polis sahə rəisi, X11 tərəfindən qəbul edilmiş 16.09.2021ci il tarixli, EPQ ******* saylı qərarda isə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək, 100 manat məbləğində inzibati cərimə etmişdir. Göründüyü kimi Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin polis sahə rəisi, X11 açıq havada ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi tələbi ləğv olunduğu halda X4 inzibati cərimə etmişdir. Bundan əlavə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin polis sahə rəisi, X2 Mehman Maşallah oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə sonuncuya vaxtında məlumat verməmiş, onu ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar etməmiş, onu işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmamış, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verməmiş, sonuncunun iştirakı olmadan inzibati xəta haqqında protokola baxaraq, birbaşa 16.09.2021-ci il tarixli, EPQ ******* saylı qərarla inzibati tənbeh tədbiri tətbiq etmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tənbeh edilərək 100 manat məbləğində cərimə tətbiq edilməsinə dair Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin polis sahə rəisi, X11 tərəfindən qəbul edilmiş 16.09.2021-ci il tarixli, EPQ ******* saylı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tənbeh edilərək 100 manat məbləğində cərimə tətbiq edilməsinə dair Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin polis sahə rəisi, X11 tərəfindən qəbul edilmiş 16.09.2021-ci il tarixli, EPQ ******* saylı qərar ləğv edilsin. X5 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1435/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1435/2021
21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver