Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1436/2021 21.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, şikayətçi Abşeron Rayon Xırdalan Bələdiyyəsinin nümayəndəsi X3 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Sumqayıt regional ərazi şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi Maliki Ramil Adil oğlunun iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Sumqayıt regional ərazi şöbəsinin 13.09.2021-ci il tarixli, MN ******* saylı qərarından Abşeron Rayon Xırdalan Bələdiyyəsinin şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Abşeron Rayon Xırdalan Bələdiyyəsi şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Sumqayıt regional ərazi şöbəsi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə tənbeh edilərək 1500 manat məbləğində cərimə edilməsinə dair 13.09.2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, X10 01.05.2013-cü il tarixdə Xırdalan Bələdiyyəsi İcra Aparatının Maliyyə şöbəsinə mühasib vəzifəsinə təyin edilmiş və 03.03.2020-ci il tarixdə Bələdiyyə ilə bağladığı əmək müqaviləsinin müddəti bitməsi ilə əlaqədar olaraq öz tutduğu vəzifəsindən azad edilmişdir. Qanunvericiliyə müvafiq olaraq son haqq hesab hesablanmış və əmək haqqı kartına köçürülməsi üçün sərəncam verilmişdir. Bundan narazı qalan X2 Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt regional ərazi şöbəsinə müraciət etmiş və əmək hüquqlarının pozulmasından şikayətçi olduğunu bildirmişdir. Halbuki işdən azad olunma ilə bağlı heç bir qərəzli səbəb olmamışdır. Bununla yanaşı o, əmək haqqı tələbinə dair mülki iş üzrə Abşeron Rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, 03.08.2021-ci il tarixdə, saat 15:10-da məhkəmə prosesi təyin edilmiş, hakim Məlahət Abbasova tərəfindən işə baxılmışdır. Lakin, iş məhkəmə icraatında olmasına baxmayaraq, 13.09.2021-ci il tarixdə X7 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin rəisi tərəfindən X8 barəsində MN № ******* nömrəli inzibati Qərar tərtib edilmiş və Qərarda X1 əmək müqaviləsinin əmək qanunvericiliyinin tələblərinə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməklə, pozulması qeyd olunmuşdur. Belə ki, X6 əmək müqaviləsinin bitməsi bildirilmişdir. Bununla yanaşı qanunvericiliyə müvafiq olaraq son haqq hesab hesablanmış və əmək haqqı kartına köçürülməsi üçün sərəncam verilmişdir. Buna görə X1 əmək müqaviləsindəki əmək qanunvericiliyinin tələblərinin pozulması faktı ilə əlaqədar X7 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin rəisi tərəfindən tətbiq edilmiş İXM-nin 114.1.1 -ci maddəsinə istinad edilərək X8 barəsində İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə 1500 (min beş yüz) manat İnzibati tənbeh vermə haqqında MN № ******* nömrəli Qərarın qəbul edilmə müddəti keçdiyindən etibarsız hesab edilsin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Sumqayıt regional ərazi şöbəsi tərtib etdiyi 13.09.2021-ci il tarixli, MN ******* qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Abşeron Rayon Xırdalan Bələdiyyəsinin nümayəndəsi X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Sumqayıt regional ərazi şöbəsi tərtib etdiyi 13.09.2021-ci il tarixli, MN ******* qərarın ləğv edilməsini və şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Sumqayıt regional ərazi şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X12 izahatında göstərmişdir ki, inzibati xətanın müddəti başa çatmamışdır, ona görə ki davam edən inzibati xətadı və şikayətin təmin olunmamasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Şikayət ərizəsində olan və tədqiq edilmiş: 13.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, Abşeron Rayon Xırdalan Bələdiyyəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, 29.04.2013-cü ildə əmək müqaviləsi bağlanmışdır və tərəflərin imzası ilə təsdiqlənmişdir. Bundan başqa Abşeron rayon Xırdalan Bələdiyyəsi Başçısının 30 №-li sərəncamının çıxarışından görünür ki, X10 bələdiyyəyə iki ay sınaq müddəti olmaqla müqavilə əsasında 01.05.2013-cü il tarixdən mühasib işinə qəbul edilmişdir və əmək haqqı ştat cədvəlinə uyğun olmuşdur. Bundan başqa Abşeron rayon Xırdalan Bələdiyyəsi sədrinin 03 mart 2020-ci il tarixli 06 nömrəli sərəncamının çıxarışında görünür ki, Xırdalan bələdiyyəsində əmək müqaviləsi ilə işləyən operator X10 əmək müqaviləsinin müddəti bitdiyinə görə 01.08.2020- 28.02.2020-ci il dövrü üçün son haqq-hesabı ödənilməklə 02.03.2020-ci il tarixdən işdən azad edilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 38.1-ci inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırda Abşeron Rayonu Xırdalan Bələdiyyəsi barəsində (03.03.2020-ci il tarixdə) inzibati xətanın törədildiyi gündən üç aydan artıq vaxt keçmişdir. Belə ki, 13.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, Abşeron Rayon Xırdalan Bələdiyyəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə əsasən 29.04.2013-cü ildə əmək müqaviləsi bağlanmışdır və tərəflərin imzası ilə təsdiqlənmişdir. Bundan başqa Abşeron rayon Xırdalan Bələdiyyəsi Başçısının 30 №-li sərəncamının çıxarışından görünür ki, X10 bələdiyyəyə iki ay sınaq müddəti olmaqla müqavilə əsasında 01.05.2013-cü il tarixdən mühasib işinə qəbul edilmişdir və əmək haqqı ştat cədvəlinə uyğun olmuşdur və çAbşeron rayon Xırdalan Bələdiyyəsi sədrinin 03 mart 2020-ci il tarixli 06 nömrəli sərəncamının çıxarışında görünür ki, Xırdalan bələdiyyəsində əmək müqaviləsi ilə işləyən operator X10 əmək müqaviləsinin müddəti bitdiyinə görə 01.08.2020-28.02.2020-ci il dövrü üçün son haqq-hesabı ödənilməklə 02.03.2020-ci il tarixdən işdən azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının İXM-nin 53.1.6-cı maddəsinə əsasən Abşeron Rayonu Xırdalan Bələdiyyəsi Azərbaycan Respublikası İXM-in 192.6-cı maddəsi ilə təqsirli bilinib, 1500 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Sumqayıt regional ərazi şöbəsinin 13.09.2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3, 40, 43, 53.0.6, 114, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Abşeron Rayonu Xırdalan Bələdiyyəsi Azərbaycan Respublikası İXM-in 192.6-cı maddəsi ilə təqsirli bilinib, 1500 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Sumqayıt regional ərazi şöbəsinin 13.09.2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1436/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1436/2021
21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver