Məhkəmə qərarları › İş №3(012)-1436/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1436/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1436/2024 12.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İskəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Ağazadə Yunis Şükür oğlunun katibliyi Barəsində icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 13,8-ci kilometrində idarə etdiyi “Toyota Prius” (hibrid) minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində 70-80 km/saat sürətlə hərkətdə olarkən düzgün ara məsafəsi saxlamayıb, yol hərəkəti qaydasını pozaraq, qarşıda eyni zolaqda sürücü X15 tərəfindən nasazılıq səbəbindən dayandırılmış BMW 528 minik markalı, ** ON *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, zərbənin təsirindən “Toyota Prius” minik markalı avtomobil idarə etmədən çıxıb, sola istiqamətlənərək, sol zolaqla sürücü X11 70- 80 km/saat sürətlə idarə etdiyi “Daewoo Nexia” minik markalı, ** GP *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi “Toyota Prius” (hibrid) minik markalı avtomobilin sol yan hissəsi ilə toqquşmuş, nəticədə sürücü Şəxs ehtiyatsızlıqdan “Daewoo Nexia” minik markalı, avtomobildə olan sərnişinlər X2 qısa müddətə pozulmasına səbəb olan burun sümüyünün yerdəyişməyən sınığı ilə müşahidə olunan burun sümüyünün qançırı, başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası və sol gözün bayır kənarının sıyrığı xəsarətlərini yetirərək, sağlamlığın yüngül zərər vurulmasına, X1 yüngül zərərvurmasına və X3 qısa müddətə pozulmasına səbəb olan başın alın-nahiyəsinin iri ölçülü dərialtı hematoması xəsarətlərini yerinə yetirərək, sağlamlığına yüngül zərərvurmasına səbəb olmuş və avtomobillər əzilərək, sahiblərinə maddi ziyan dəymişdir. Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Toyota Prius” minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərindən Bakı şəhərinə gedərkən Bakı-Sumqayıt yolunun Abşeron rayonu ərazisində yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, sağdan birinci zolaqda 70-80 km/saat sürətlə hərkətdə olarkən qarşıdan eyni istiqamətdə və eyni zolaqda BMW 528 minik markalı, ** ON *** dövlət qeydiyyat nişanlı avtomobil görmüş, ilk öncə onun hərəkətdə olmasını görmüş, lakin avtomobilə yaxınlaşdıqda hərəkətdə olmasını görmüşdür. Avtomobilin sükanın sol tərəfə yayındırmaq istəsə də qəzadan yayına bilməmişdir. Onun idarə etdiyi avtomobilin ön sağ hissəsi həmin avtomobilin arxa sol tin hissəsi ilə toqquşmuşdur. Toqquşma anında avtomobilin sükanını sola döndərdiyi üçün avtomobili Bakı şəhəri istiqamətində hərəkətdə olan “Daewoo Nexia” minik markalı, ** GP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı avtomobildə 1 nəfər sərnişin olmuş və ciddi xəsarət alan olmamışdır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X23 İdarəsi və və zərər çəkmiş şəxslər məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:  “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 04 aprel 2024-cü il tarixli 1541 saylı protokoldan görünür ki, Şəxs ayıq olmaqla onda alkoqol qəbulunun hər hansı əlamətləri olmamışdır.  “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 04 aprel 2024-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 13,8-ci kilometrində baş vermişdir;  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X17 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 812 saylı rəyinə əsasən 2023-cü il təvəllüdlü azyaşlı X7 bədən səthində aşkar edilmiş xəsarətlər – başın, alım-təpə nahiyəsinin iri ölçülü dərialtı hematoması bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir.  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X17 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 657 saylı rəyinə əsasən X4 bədən səthində aşkar edilmiş xəsarətlər – başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, alt dodağın selikli qişasının əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir.  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X17 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 658 saylı rəyinə əsasən 1984-cü il təvəllüdlü X8 bədən səthində aşkar edilmiş xəsarətlər – burun sümüyünün yerdəyişməyən sınığı ilə müşahidə olunan burun nahiyəsinin qançırı, başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gözün bayır kənarının sıyrığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir.  Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən tərtib edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 may 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə baxılması daxili işlər orqanlarının səlahiyyətlərinə aid olduğundan, məhkəmə bu məsələyə hüquqi qiymətin verilməsini məqsədəuyğun hesab etmir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlər aidiyyəti daxili işlər orqanına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar