Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1437/2022 30.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Şikayət verən X1, Abşeron rayon Polis İdarəsi DYP polis leytenantı X3 iştirakları ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Abşeron rayon Polis İdarəsi DYP polis leytenantı X5 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğvi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon Polis İdarəsi DYP polis leytenantı X5 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon DYP-nin polis leytenantı X5 tərəfindən xx.xx.2022-ci il tərtib edilən İXP ******* nömrəli protokol əsasında tərtib edilən TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən İXM-nin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə olunmuşdur. X1 barəsində protokol tərtib olunarkən İXM-nin 327.2-ci maddəsində göstərilən tələbləri pozmamışdır. Yəni barəsində protokol tərtib edilən zaman onun əməlində inzibati məsuliyyət yaradası heç bir əsas olmamışdır. Belə ki, hadisə olan ərazi işıqforun nizamlayıcı işıqları ilə tənzimləndiyindən bilir ki, o, bu tələbin şərtlərini pozmamışdır. Hadisə yerinə gələn DYP-nin əməkdaşından video görüntünü tələb etsə də ona bununla bağlı hər hansı bir rəsmi sənəd təqdim etmədilər. Dəfələrnən soruşsa da ki, nəyin və hansı mötəbər sübutun əsasında ona cərimə yazılır təəssüflər olsun ki, bununla bağlı hər hansı əsaslandırılmış cavab ala bilməmişdir. Bununla da hesab edir ki, barəsində qanunsuz protokol tərtib olundu. Bundan başqa barəsində protokol tərtib edilərkən protokolun ozundə bir qayda kimi göstərilmiş “ inzibati xəta aşkar edilərkən xüsusi texniki vasitədən” istifadə edilib edilməməyi ilə bağlı heç bir məlumat yoxdur. Ona görə də barəsində Abşeron rayon Polis İdarəsi DYP polis leytenantı X5 tərəfindən tərtib olunmuş xx.xx.2022-cu il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında izahatı alınmış X2 bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə təxminən saat 07:35 radələrində etibarnamə ilə idarə etdiyi Toyota Carolla markalı ** KY *** qeydiyyat nişanlı avtomobilə Novxanı-Masazır İstiqamətində hərəkətdə olan zaman yolayrıcında sola dönmək üçün dönmə işığını yandırmış, qarşıdan gələn avtomobilin üzərinə gəldiyini görüb sağa tərəf çəkmiş, bu zaman həmin avtomobillə eyni istiqamətdə sağa çəkdiyi üçün qəza baş vermişdir. Hesab edir ki, hadisənin baş verməsində işıqforun sarı işığında keçdiyi üçün qarşıdan gələn Kia markalı avtomobilin günahı var, ona görə də barəsində qəbul olunan qərarı əsassız hesab edir və ləğv olunmasını xahiş etdi. Məhkəmədə inzibati qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası Abşeron rayon Polis İdarəsi DYP polis leytenantı X5 məhkəmədə çıxış etməklə bildirmişdir ki, xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərar qanuni və əsaslıdır. Şikayət verən şəxs sola manevr edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozduğundan Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanunun 76-cı maddəsinin tələblərini pozmuş və sözügedən hadisə baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki araşdırma zamanı həm hadisənin görüntüsünə baxış keçirilmiş, həm də tərəflər dindirilmiş və müəyyən edilmişdir ki, ikinci dərəcəli yoldan əsas yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü X2 nizamlanan yolayrıcında sola manevr edərkən qarşıdan düzünə hərəkət edən Kia markalı ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol verməli olduğu halda, əks istiqamətli hərəkət zolağına çıxmış, qarşıdan düzünə hərəkət edən nəqliyyat vasitəsiylə toqquşmuş, nəticədə idarə etdiyi “Toyota Corolla minik” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə manevr etmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. İİ. Svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, iş materiallarında olan məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edildi ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 idarə etdiyi “Toyota Corolla minik” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin, yəni əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozaraq inzibati hüquq pozmanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X1 məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Yuxarıdakılara əsasən hesab edirəm ki, X2 haqlı olaraq səlahiyyətli orqan tərəfindən məhz həmin Məcəllənin 327.2-ci maddəsilə düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 “Toyota Corolla minik” markalı markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən onun hərəkətlərində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsini tələbinə uyğunsuzluq müəyyən edildiyindən, yəni əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozduğuna görə şikayət təmin edilməməli, Abşeron rayon Polis İdarəsi DYP polis leytenantı X5 tərəfindən tərtib olunmuş xx.xx.2022ci il tarixli, TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilməsin. Abşeron rayon Polis İdarəsi DYP polis leytenantı X5 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1437/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1437/2022
30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver