Məhkəmə qərarları › İş №3(012)-1438/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1438/2020

07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1438/2020 07.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Abşeron Rayon Polis İdarəsi polis mayoru X5 tərəfindən xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Şəxs xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Şəxs etibarnamə əsasında idarə etdiyi özünə məxsus Chevrolet Cruze” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Novxanı kəndində yerləşən “Dalğa” adlı Ticarət mərkəzinin yaxınlığında manevr etmə qaydalarını pozaraq yolun köməkçi hissəsi ilə velosipedlə hərəkətdə olan X2 vuraraq, sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki,xx.xx.2020-ci il tarixdə idarə etdiyi “Chevrolet” markalı **- HS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Novxanı kəndi ərazisindən Bakı şəhəri istiqamətinə doğru hərəkətdə olarkən dövlət nömrə nişanını xatırlamadığı “Mercedes” markalı avtomobil onun yoluna çıxmış və həmin vaxt o çaşqınlıq içində olduğu üçün öz yolundan çıxıb ehtiyyat yola çıxmışdır. Bu zaman yolun kənarı ilə velosipedlə hərəkətdə olan sonradan adını bildiyi X2 avtomaşınla vuraraq xəsarət yetirmişdir. Dərhal avtomaşından düşüb Xeyrullanı maşınına qoyaraq avtomobili saatda 30-40 km sürətlə hərəkət edərək onu Sumqayıt şəhər xəstəxanasına çatdırmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2020-ci il tarixli, 1413 saylı rəyindən görünür ki, 2006-cı il təvəllüdlü X1 məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ əlin barmağının yumşaq toxumalarının əziyi, sağ ayaq pəncəsinin üst səthinin əzilmiş-cırılmış yarası bərk küt əşyalar təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın yüngül qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd olunması və Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8ci maddələri əsasında inzibati xəta haqında protokol tərtib olunması üçün Abşeron RPİ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına lazımı qaydada məlumat verilsə də, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X4 teleqram vurmaqla baş verən qəzadan şikayətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafedici izahatı, iş materiallarında olan ekspert rəyləri və Abşeron rayonu Polis İdarəsinin polis mayoru X3 xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı protokol və digər iş materialları ilə sübuta yetirilir. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, zərərçəkmişlərlə barışdığını, ilk dəfə inzibati xəta törətməsini, əməlindən səmimi peşman olmasını, maddi və ailə vəziyyətini nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və cərimə növündə inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar