Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1438/2024 14.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X1, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, inzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Gürcütsan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İŞnin sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İŞnin sahə rəisi, polis kapitanı X3 bildirdi ki, BDYPİ-n YPX-in inspektoru tərəfindən, Şəxs 03 iyul 2024-cü il tarixdə xidməti qrafikə uyğun olaraq Bakı-Quba-Dağıstan sərhədi yolunun 13-cü km-də **-YP-*** DQN-li NV-ilə apardığı zaman HO18147 DQN-li İsuzi markalı avtomaşını yükdaşıma qaydasını pozduğuna görə saxlamışdır. Ona avtomaşını müvəqqəti avtomaşın dayanacğında saxlamağı və yük normaya salındıqda buraxılacağını bildirmişdir. Lakin sürücü ona etiraz etmiş, avtomaşını dayanacağa sürməmiş, avtomaşının şirkətə məxsus olduğunu və bu zaman şirkət hüquqşünası ilə əlaqə saxlamış, şirkətin hüquqşünasının göstərişinə əsasən polis əməkdaşının tələbinə tabe olmamışdır. Həmçinin polis əməkdaşlarını və avtomobilini qanunsuz olaraq telefonu vasitəsi ilə video çəkiliş etmişdir, odur ki, bütün bunları nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, o, 03 iyul 2024-cü il tarixdə İsuzi markalı HO18147 dövlət avtomaşın nəqliyyat vasitəsini idarə edərkən Sumqayıt istiqamətində ekologiya postunu keçdikdən sonra DYP xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və bu zaman yük daşıma qaydalırını kobud şəkildə pozduğu ona bildirilmişdir. Bu zaman DYP xidmət əməkdaşları ona avtomaşınını cərimə meydançasına aparmağını bildirmişlər. Lakin o, avtomaşının ona məxsus olmadığını, şirkətə məxsus olduğunu bildirmiş, şirkətin hüquqşünası ilə əlaqə saxlamış, şirkətin hüquqşünasının göstərişinə əsasən yol polisi əməkdaşlarının tələbinə tabe olmamışdır. Buna görə də DYP xidmət əməkdaşları avtomaşını evakuator vasitəsi ilə cərimə meydançasına aparılmış və o isə Abşeron RPİ-yə gətirilmişdir. Törətdiyi əməldan səmimi peşman olduğunu və bu hadisədə onun heç bir günahı olmadığını, şirkətin sürücüsü olduğu üçün həmin şirkətin hüquqşünasının göstərişi ilə hərəkət etdiyini bildirdi, telefonla etdiyi videoçəkilişlə bağlı isə qeyd etdi ki, ondan hansı yol patrul maşınının onu saxladığını soruşmuşlar, o da maşının nömrəsini çəkib göndərmək istəmişdir. Məhkəmədən barəsində olan inzibati xata haqqında protokola xitam verilməsini xahiş etdi. Müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmə iclasında onun əməlindən peşman olduğunu bildirmiş, onun haqqında inzibati xəta protokoluna xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Abşeron rayon Polis İdarəsinin iş materiallarında olan raportdan görünür ki, 03 iyul 2024-cü il tarixdə **-YP-*** patrul avtomobilində xidmətdə olan zaman HO18147 DQN-li avtomaşın saxlanılmış və bu zaman yükdaşıma qaydalarını pozduğu müəyyən olunmuşdur. Ona avtomaşını avtomaşın dayanacağında saxlamasını bildirsə də, həmin şəxs tabesizlik göstərmiş, avtomaşının ona məxsus olmadığını, şirkətə məxsus olduğunu bildirərək şirkət hüquqşünası ilə əlaqə saxlayaraq, şirkətin hüquqşünasının verdiyi göstərişə əsasən polisin qanuni tələbinə tabe olmamışdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 4 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili Nümayəndə müvafiq olaraq 24 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 200 (iki yüz manat) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 4 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili Nümayəndə müvafiq olaraq 24 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(012)-1438/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1438/2024
14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver