Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1439/2021 12.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Vəliyeva Nərmin Elçin qızının katibliyi Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 iştirakı ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 sentyabr 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Bu protokol və sənədlərdən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxsnin ünvanına İtaliya Respublikasının “Alimentaria Commerciale import Export” şirkətindən NN784NH/FF525F nömrə nişanlı yük avtomaşınında 18450 kq təmizlənmiş konservləşdirilmiş pomidorlar yükü daxil olmuş, sözügedən mallar Bakı Bas Gömrük idarəsində **********0328^sorqu nömrəli 14.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, 14.09.2021-ci il tarixdə “İpək Yolu” gömrük postunda sözügedən nəqliyyat vasitəsinin yük verinə vurulmuş gömrük təminatı (plomb) açıldıqdan sonra qeyd edilən mallara ilkin vizual baxış keçirilmiş, sonradan həmin nəqliyyat vasitəsinin yük verinə yenidən gömrük təminatı vurulmuş və mallara daha ətraflı gömrük nəzarətini həyata keçirmək üçün yük avtomaşını təyinatı üzrə sözügedən şirkətin istifadəsində olan Abşeron rayonu, Xırdalan səhərində yerləşən “ilmə” anbarına göndərilmiş, lakin, həmin anbarda NN784NH/FF525F nömrə nişanlı nəqliyyat vasitəsinin yük verinə vurulmuş gömrük təminatı gömrük orqanının icazəsi olmadan məhv edilmiş və qeyd edilən nəqliyyat vasitəsində gömrük nəzarəti altında olan mallar gömrük orqanının icazəsi olmadan boşaldılmışdır. İş materiallarına əlavə edilmiş 14.09.2021-ci il tarixli aktdan görünür ki, NN784NH/FF525F nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatı gömrük orqanının icazəsi olmadan məhv edilmiş və qeyd edilən nəqliyyat vasitəsində gömrük nəzarəti altında olan mallar gömrük orqanına məlumat verilmədən boşaldılmışdır. Beləliklə də, “Akiel’’ MMC tərəfindən NN784NH/FF525F nömrə nişanlı nəqliyyat vasitəsinin yük verinə vurulmuş gömrük təminatının gömrük orqanının icazəsi olmadan məhv edildiyi və gömrük nəzarəti altında olan malların sözügedən yük avtomaşınından gömrük orqanının icazəsi olmadan boşaldıldığı müəyyən edilmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs-nin ünvanına İtaliya Respublikasının “Alimentaria Commerciale import Export” şirkətindən NN784NH/FF525F nömrə nişanlı yük avtomaşınında 18450 kq təmizlənmiş konservləşdirilmiş pomidorlar yükü daxil olmuş, sözügedən mallar Bakı Bas Gömrük idarəsində **********0328^sorqu nömrəli 14.09.2021ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, 14.09.2021-ci il tarixdə “İpək Yolu” gömrük postunda sözügedən nəqliyyat vasitəsinin yük verinə vurulmuş gömrük təminatı (plomb) açıldıqdan sonra qeyd edilən mallara ilkin vizual baxış keçirilmiş, sonradan həmin nəqliyyat vasitəsinin yük verinə yenidən gömrük təminatı vurulmuş və mallara daha ətraflı gömrük nəzarətini həyata keçirmək üçün yük avtomaşını təyinatı üzrə sözügedən şirkətin istifadəsində olan Abşeron rayonu, Xırdalan səhərində yerləşən “ilmə” anbarına göndərilmiş, lakin, həmin anbarda NN784NH/FF525F nömrə nişanlı nəqliyyat vasitəsinin yük verinə vurulmuş gömrük təminatı gömrük orqanının icazəsi olmadan məhv edilmiş və qeyd edilən nəqliyyat vasitəsində gömrük nəzarəti altında olan mallar gömrük orqanının icazəsi olmadan boşaldılmışdır. İş materiallarına əlavə edilmiş 14.09.2021-ci il tarixli aktdan görünür ki, NN784NH/FF525F nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatı gömrük orqanının icazəsi olmadan məhv edilmiş və qeyd edilən nəqliyyat vasitəsində gömrük nəzarəti altında olan mallar gömrük orqanına məlumat verilmədən boşaldılmışdır. Beləliklə də, “Akiel’’ MMC tərəfindən NN784NH/FF525F nömrə nişanlı nəqliyyat vasitəsinin yük verinə vurulmuş gömrük təminatının gömrük orqanının icazəsi olmadan məhv edildiyi və gömrük nəzarəti altında olan malların sözügedən yük avtomaşınından gömrük orqanının icazəsi olmadan boşaldıldığı müəyyən edilmişdir. Bununla da, Şəxs tərəfindən qənnadı yükünü gömrük orqanının icazəsi olmadan boşaldıldığı üçün Azərbaycan Respublikası İXM-nin 491.3-cü və 492.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 özünü təqsirli bilərək iş üzrə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsinə əsasən Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulmuş qaydada cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. Qərarın icrası Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1439/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1439/2021
12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver