Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1440/2024 10.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Şikayət vermiş şəxs X1, Protokol tərtib etmiş orqanın nümayəndəsi X2 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Abşeron DYP polis mayoru X3 xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati tənbeh haqqında qərarından verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 DİN-nin Abşeron rayon DYP şöbəsi tərəfindən çıxarılmış qərardan şikayət verərək, Abşeron DYP-nin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, barəsində qanunsuz və əsassız olaraq inzibati xəta haqqında iş üzrə icraat başlamış DYP əməkdaşının barəsində xüsusi qərar qəbul edərək, aidiyyatı üzrə Daxili İşlər Nazirliyinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron DYP-nin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə qanunsuz və əsassız olaraq, İnzibati Xətalar Məcəlləsinin 329.3 o cümlədən 333.1-ci maddəsi ilə 400 manat məbləğində cərimə edilmişdir. Əsas kimi xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol və inzibati xəta haqqında işin digər materialları götürülmüşdür. Həmin protokola əsasən xx.xx.2024cü il, saat 00:01-də Abşeron rayon, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində X8 minik markalı, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmuş, nəqliyyat vasitəsini idarə etmək hüququ olduğu halda nəqliyyat vasitəsini alkoqoldan istifadə etməklə sərxoş vəziyyətdə idarə etmişdir. Həmin protokol qanunsuzdur. Belə ki, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə tibbi müayinədən keçmişdir. Orda onun ayıq olmağı, onda heç bir sərxoşluq halının olmadığı açıq-aydın göstərilmişdir. Odur ki, həmin qərarın məhkəmə tərəfindən ləğv edilməsini, DYP işçisi barəsində isə xüsusi qərar çıxarılaraq, aidiyyatı üzrə Daxili İşlər Nazirliyinə göndərilməsini xahiş etdi. Protokolu tərtib edən orqanın nümayəndəsi X5 məhkəmə iclasında sənədlər təqdim edərək, X1 xx.xx.2024-cü il tarixdə spirtli içki qəbul etdiyini bildirmişdir. X4 tərəfindən inzibati xətanın törədilməsini, tərtib olunmuş inzibati protokol və inzibati qərarın əsaslı olduğunu bildirmiş və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: X1 barəsində Azərbaycan Respublikası DİN BDYPİ YPX-nin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı elektron qərarından müəyyən edilir ki, sürücü xx.xx.2024-cü il tarixdə, saat 00:01-də “X8” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü, 333.1-ci maddəsi ilə 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İşdə olan şikayət verən tərəfin təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”nin xx.xx.2024-cü il tarixli 2/33944 saylı, saat 04:15 müayinə protokolundan görünür ki, X4 ayıq hesab olunur. İşdə olan protokol tərtib edən tərəfin təqdim etdiyi xx.xx.2024-cü il tarix, saat 21:17:44 alkotestdən görünür ki, həcm 0,457 litr olmuşdur. İXM-nin 333-cü maddəsinin qeydinə görə xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir.
2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materiallarından göründüyü kimi şəxsin barəsində inzibati protokol tərtib olunarkən, həmçinin onun sərxoşluq vəziyyəti də yoxlanılıb, testin cavabı isə 0.3 promildən yuxarı olmuşdur. Məhkəmə şikayətin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, şikayət verənin sonradan hansı şəraitdə "Respublika Narkoloji Mərkəzi"nin xx.xx.2024-cü il tarixli 2/33944 saylı rəyi ilə ayıq vəziyyətdə olması zaman etibarı ilə sonradan əldə edildiyindən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 329.3-cü maddəsinə əsasən İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə şikayət verən şəxs X1 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 333.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİM:
X1 Abşeron DYP polis mayoru X3 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibatı tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Cəmilə Səfiyeva