Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1444/2020 23.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, zərərçəkmiş şəxs X3, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: da təsdiq Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(049)-3982/2017 saylı icra vərəqəsinə əsasən xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşağa görə 136,6 (yüz otuz altı tam onda altı) manat sabit pul məbləğində aliment xx.xx.2017-ci il tarixdən başlayaraq, Şəxs tutulub, X2 verilməlidir. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 verdiyi izahatında göstərmişdir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(049)-3982/2017 saylı icra vərəqəsi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuş və icra vərəqəsi dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində qətnaməni icra etmək mümkün olmamışdır. Borclu Şəxs aliment borcunu ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs oğlu icra vərəqəsi icraya yönəldiyi vaxtdan bu günədək tələbkara heç bir ödəniş etməmişdir. Hazırda borclu Şəxs oğlunun 5000 manat aliment borcu vardır. Tələbkar müxtəlif orqanlara şikayət edərək, borcun ödənilməsini təkidlə tələb etsə də borclu aliment borcunu ödəməkdən imtina edir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs oğlu verdiyi izahatında göstərmişdir ki,Lənkəran rayon məhkəməsinin 2(049)-3982/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində olmaqla hər ay 136,6 manat aliment alnıb X4 verilməsi qərara alınmışdır. 1 aydan sonra X6 ilə barışmış, bir yerdə yaşamışdır. Daha sonra xx.xx.2020-ci il tarixdə ayrılmışdır.İcra vərəqəsi üzrə 5378 manat borcunu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 verdiyi izahatında göstərmişdir ki, borclu Şəxs oğlu bir uşağın saxlanılması üçün qət edilmiş bir uşağa görə 136,6 manat sabit aliment pulunu indiyədək tam ödəməmişdir. Borcluya vaxt verilməsinə etiraz edir, dəfələrlə pulunu istəməsinə baxmayaraq, borclu onun tələbinə məhəl qoymamış, aliment borcunu ödəməmişdir. Buna görə də onun barəsində tədbir görülməsini xahiş edir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün, zərərçəkmiş şəxsin izahatları və işdə olan digər sübutlarla olunmuşdur. Şəxs oğlunun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan RespublikasıİXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, inzibati tənbeh tətbiq etdiyi zaman Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən icra məmurunun Şəxs oğlunun hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə təklif edilməsinə baxmayaraq Şəxs oğlu yenə də aliment borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmədə təklif edilməsinə baxmayaraq Şəxs oğlu yenə də borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(049)-3982/2017 saylı icra vərəqəsinə əsasən 5000 manat aliment borcun olmasını nəzərə alan məhkəmə hesab edir ki, Şəxs oğlu barəsində inzibati cərimə növündə cəza təyin edilməsi onun vəziyyətini daha da ağırlaşdırar. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs oğlunun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31 maddəsinə əsasən Şəxs oğlunun törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini səciyyələndirən halı, məsuliyyətini ağırlaşdıran halı, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən, saat 17:20-dən hesablansın. Qərarın icrası Abşeron rayon Pİ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1444/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1444/2020
23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver