Məhkəmə qərarları › İş №3(012)-1445/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1445/2020

23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1445/2020 23.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsŞəxs və onun müdafiəçisi Xırdalan rayon vəkil Bürosunun vəkili Vəkil, tələbkar X1 və inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakları ilə, xx.xx.1985-cu il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 oğlu tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7protokolu müdafiə edərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin2(012)-4351/2018 saylı, xx.xx.2019-cu il tarixliicra vərəqəsinə əsasən iş üzrə borclu Şəxs tələbkar X2 38830 manat borcu ödənilməmişdir. Abşeron Rayon Məhkəməsinin2(012)-4351/2018 saylı, xx.xx.2019-cu icra sənədinə əsasən iş üzrə borclu Şəxs 37550 manat borc pul və 1250 manat gecikmə faizi və 30 manat dövlət rüsumuna görə ödənilməmiş pul cəmi 38830 manat məbləğində pul tutularaq tələbkar X2 verilməsi qət edilmişdir. Cavabdeh Şəxs icra sənədlərinin icrasından yayınaraq borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edərək, heç bir üzrlü səbəb göstərmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, icra məmuru, borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, Abşeron Rayon Məhkəməsinin2(012)-4351/2018 saylı, xx.xx.2019-cu icra sənədinə əsasən iş üzrə borclu Şəxs 37550 manat borc pul və 1250 manat gecikmə faizi və 30 manat dövlət rüsumuna görə ödənilməmiş pul cəmi 38830 manat məbləğində pul tutularaq tələbkar X2 verilməsi qət edilmişdir. Tələbkar X3 onunla faktiki nikah münasibətlərində olmuşdur, qətnamə üzrə qeyd olunan borcu onlar birgə yaşayanda banka İradə Şirəliyevanın adına ödəmişdir, onun tələbkara heç bir borcu yoxdur, borcu ödəməkdən imtina edir. Ona məxsus torpaq sahəsini 3 ay bundan əvvəl Elnur adlı şəxsə satmış və şəxsi ehtiyacları üçün xərcləmişdir. Məhkəmə iclasında dindirilmiş tələbkar X3 bildirdi ki, Abşeron Rayon Məhkəməsinin2(012)-4351/2018 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinəəsasənborclu Şəxs 37550 manat borc pul və 1250 manat gecikmə faizi və 30 manat dövlət rüsumuna görə ödənilməmiş pul cəmi 38830 manat məbləğində pul tutularaq ona ödənilməsi qət edilmişdir. İş üzrə borclu Şəxs borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edir. Borclu Şəxs barəsində ağır inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Vəkil bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri verilməsini xahiş etdi. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya şöbəsinin Azərbaycan Rüspublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 4 saylı X6 ünvanlandığı sorğuda Şəxs adına olan **********48 reyestr nömrəli torpaq sahəsi üzərinə məhdudiyyət qoyulması xahiş edilmişdir. Abşeron Rayon İcra və Probasiya şöbəsinin Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 4 saylı X6 ünvanlandığı sorğuya cavab olaraq Abşeron Rayon İcra və Probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli, xx/xx-69262/20-2V saylı məktubu nəzərə alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan aktdan və fotoşəkillərdən görünür ki, üzərində tikili olan mübahisəli üzərində tikintisi başa çatmış 3 sot torpaq sahəsi torpaq sahəsi hazırda üçüncü şəxsin sahibliyindədir. Abşeron Rayon Məhkəməsinin2(012)-4351/2018 saylı, xx.xx.2019-cu icra sənədinə əsasən iş üzrə borclu Şəxs 37550 manat borc pul və 1250 manat gecikmə faizi və 30 manat dövlət rüsumuna görə ödənilməmiş pul cəmi 38830 manat məbləğində pul tutularaq tələbkar X2 verilməsi qət edilmişdir. Cavabdeh Şəxs icra sənədlərinin icrasından yayınaraq borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edərək, yaşadığı yer barəsində həm məhkəmədə, həm də icra şöbəsində ziddiyyətli məlumatlar verməklə mülkiyyətində olan əmlakı özünün dediyinə görə 18000 manata satmış və şəxsi ehtiyaclarına xərcləmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cumaddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 (on) gün müddətində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən, saat 18:00-dan hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on)gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Abşeron Rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar