Məhkəmə qərarları › İş №3(012)-1446/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1446/2020

23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1446/2020 23.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, protokol tərtib etmiş şəxs Abşeron rayon X3 polis bölməsinin polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Laçın rayonu, Qarıkaha kəndində qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, ev 10, mənzil 60-da yaşayan Şəxs barəsində Abşeron rayon X3 polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs xx.xx.2020-ci tarixdə, saat 13 radələrində, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən yumruq və təpiklə qəsdən vuraraq, ona fiziki ağrı yetirmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon X3 polis bölməsinin polis sahə rəisi, polis kapitanı X4 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, ev 14, mənzil 61-də yaşayan Zərərçəkmiş şəxs Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində aralarında yaranmış mübahisə zamanı keçmiş əri Şəxs tərəfindən döyülərək, ona fiziki ağrı yetirdiyini bildirmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-nin İŞ-də araşdırma aparılmış, Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmin şikayət əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Şəxs əvvəllər də Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Şəxs keçmiş əridir. Birgə nikahdan üç övladları vardır. Aralarında olan narazılığa görə 2020-ci il tarixin əvvəllərində ondan ayrılmış, hazırda boşanma ərəfəsindədir. xx.xx.2020ci il tarixdə, saat 13 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yerləşən Hiper marketdən qayıdarkən Atəşlə qarşılaşmış, həmin vaxt Atəş ona ayrılsa belə ondan əl çəkməyəcəyini demişdir. Fikir verməyib, evlərinə tərəf getməyə başlamış, Atəşdə onun arxası ilə yaşadığı binanın həyətinə qədər gələrək, onun ünvanına nalayiq söyüşlər söyərək, onu təhqir etmişdir. Gözləmədiyi halda Atəş onun sol qulundan tutub sıxaraq, ayaq nahiyyəsindən bir neçə dəfə təpiklə, sağ qol nahiyyəsindən isə yumruqla vurmuşdur. Cox çətinliklə Atəşin əlində çıxaraq, oradan uzaqlaşmışdır. Onu döyməsi barədə ərizə ilə Polis Bölməsinə müraciət etmişdir. Şəxs şikayətçidir. İnzibati xəta törətmiş Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə ailə qurmuş, birgə nikahdan üç övladları olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində işdən evə qayıdarkən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində 10 nömrəli yaşayış binasının qarşısında Günay və azyaşlı oğlu Adəmlə rastlaşmışdır. Onlara yaxınlaşıb oğlu ilə görüşmək və üzündən öpmək istəsə də Günay buna imkan verməmişdir. Bu səbəbdən Günayla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Günay onu qardaşı ilə hədələyərək, onu öldütdürəcəyini bildirmişdir. Daha sonra oradan uzaqlaşmışdır, Günayı vurmamışdır. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1387 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol bazu, bel, sağ diz oynağı və sol baldır nahiyyələrinin qançırlarıküt bərk əşyanın təsirindən törənmişdir. Müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, dava dalaş nəticəsindən əmələ gələ bilərdi. Dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşə əlavə edilmiş, cinayət işinin başlanması rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməl inzibati xəta kimi tövsif edilmişdir. Məhkəməyə təqdim edilmiş inizbati qərarın surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ŞəxsAzərbaycan Respublikası İXM-nin 157ci maddəsilə təqsirli bilinərək, 300 manat miqdarında inzibati cərimə olunmuşdur. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş şəxsin izahatı, cinayət işinin başlanması rədd edilməsi haqqında qərarı, ekspert rəyi və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.1.2-ci maddəsinə əsasən Şəxs eyni inzibati xətanı il ərzində təkrar törətməsini inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, onun inzibati həbs edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il, saat 15:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Pİ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar