Məhkəmə qərarları › İş №3(012)-1446/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1446/2023

28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1446/2023 28.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva X1 Aqil Həbib oğlunun barəsində Azərbaycan Respublikası DİN-in Abşeron DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DİN-in Abşeron DYPŞ-si tərəfindən Şəxs barəsində İXM-nin 529.3 maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP5496593 saylı inzibati xəta haqqında protokol Abşeron rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, Məmmədov X2 şəhəri, İ.Qayıbov küçəsi, ev 37 mənzil 39 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Tərtib olunan protokolun məzmunundan göründüyü kimi Şəxs barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP5496593 saylı inzibati xəta protoklu onun İXM-nin 529.3 maddəsi ilə , yəni onun hərəkətsizliyi ilə baş verən inzibati xətadır.O halda, inzibati xətanın baş vermə yeri barəsində inzibati xəta protokolu tərtib olunun şəxsin qeydiyyat yeri sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası DİN-in Abşeron DYPŞ-si tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP5496593 saylı inzibati xəta haqqında protokol baxılması üçün ərazi aidiyyəti üzrə Sabirabad rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, QƏRARA ALDİM : Şəxs barəsində Azərbaycan Respublikası DİN-in Abşeron DYPŞ-si tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP5496593 saylı inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Sabirabad rayon Məhkəməsinə göndərilsin. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar