Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1448/2022 13.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis mayoru X1, müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1982-ci ildə Goranboy rayonu, Dəliməmmədli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Goranboy rayonu, Faxralı ərazi dairəsi, Faxralı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan X6 məxsus VAZ 2106 markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobildən qiyməti 100 manat olan akkumulyator, 5 manat dəyərində yanacaq və 42 manat dəyərində ehtiyat hissələri oğurlamaqla maddi ziyan vurmuşdur. 07 mart 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X18 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, F.Məmmədov küçəsi, ev 62, 8 saylı mənzildə yaşayan Zərərçəkmiş şəxs1 məxsus 100 manat dəyərində mətbəxt qablarını oğurlamaqla maddi ziyan vurmuşdur. 10 iyun 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi şəhid Zimistan Qurbanov küçəsində yaşayan Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ 21074 markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobildən 1 ədəd 100 manat dəyərində akkumlyatoru oğurlamaqla maddi ziyan vurmuşdur. 25 iyul 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə saat Abşeron rayonu, Xırdalan şəhəri, AAF park yaşayış kompleksində yaşayan X12 ona telefon satmaq bəhanəsi ilə 50 manat pulunu oğurlamaqla maddi ziyan vurmuşdur. 31 avqust 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X15 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi şəhid Zimistan Qurbanov küçəsində yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı evdən 02 ədəd laqondanı 01 ədəd dreli və 01 ədəd qaynaq ütüsünü oğurlamaqla maddi ziyan vurmuşdur. 07 iyul 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin müstəntiqi, polis mayoru X8 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs4 etibarından sui istifadə edərək işədüzəltmək adı ilə 55 manat pulunu almışdır. 19 avqust 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin müstəntiqi, polis kapitanı X13 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs5 etibarnamə əsasında idarə etdiyi VAZ 2107 markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilin 50 manat dəyərində olan akkumulyatorunu oğurlamışdır. 26 iyul 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatşısı, polis mayoru X14 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yaşayan Zərərçəkmiş şəxs6 aldadaraq 100 manat pulunu ələ keçirmişdir. 18 iyul 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatşısı, polis mayoru X4 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, H.Əliyev prospektində yaşayan Zərərçəkmiş şəxs11 aldadaraq 30 manat pulunu ələ keçirmişdir. 23 avqust 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatşısı, polis kapitanı X19 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, AAF park yaşayış kompleksində yaşayan Zərərçəkmiş şəxs13 Neyman oğluna məxsus 50 manat dəyərində skuteri ələ keçirmişdir. 20 avqust 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatşısı, polis mayoru X4 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə X9 məxsus Azsamand markalı avromobilin təkərləri üzərində olan 4 ədəd kalpaqları oğurlamışdır.Xırdalan şəhəri, AAF park yaşayış kompleksində yaşayan Zərərçəkmiş şəxs13 Neyman oğluna məxsus skuteri ələ keçirmişdir. 20 avqust 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatşısı, polis mayoru X4 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yaşayan Mercedes Benz markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nömrəsini ələ keçirmişdir. 02 iyul 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatşısı, polis kapitanı Zərərçəkmiş şəxs14 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, O.Sarıvəlli küçəsində yaşayan Zərərçəkmiş şəxs10 kirayə ev vermək adı ilə 100 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. 02 iyul 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatşısı, polis kapitanı X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ünvan 1 ünvanında yerləşən evin eyvanının qapısını sındırmaq yolu ilə içəri daxil olmaqla 1 ədəd 50 manat dəyərində velosipedi oğurlamışdır. 28 iyun 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatşısı, polis polkovnik leytenantı X3 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Abşeron rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis mayoru X11 protokolla eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qismən qəbul edərək bildirdi ki, oğurladığı əşyaları satmamışdır, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış etmış müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs narkotik vasitə aludəçisi olmasını nəzərə almaqla ona həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 23 (iyirmi üç ) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən saat 20:40 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron rayon İcra və Probasiya İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1448/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1448/2022
13.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver