Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1448/2024 05.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə daxil olmuş protokoldan görünür ki, Sumqayıt Gömrük İdarəsi X1 və təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-1800/012/002483 nömrəli raportun icrası zamanı müəyyən edilmişdir ki. ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs (VÖEN: **********) tərəfindən 20 dekabr 2023-cü il tarixli **********4069 sorğu nömrəli. xx.xx.2023-cü il tarixli **********4408 sorğu nömrəli. xx.xx.2023-cü il tarixli **********4466 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********4514 sorğu nömrəli. xx.xx.2023-cü il tarixli **********4717 sordu nömrəli. xx.xx.2023- cü il tarixli **********4726 sorqu nömrəli gömrük bəyannamələri üzrə Sumqayıt Gömrük İdarəsində alqı-satqı yolu ilə rəsmiləsdirilərək ixrac edilmiş malların müqabilində Şəxs Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan, 10886.40 (on min səkkiz yüz səksən altı dollar,qırx sent ) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülmədiyi qevd edilmişdir. DGK X2 Sistemi - hesabat və təhlillər Forma 3.9.2.1 - alqı- satqı və konsiqnasiva üzrə hesabat bölməsi informasiya sisteminə həyata keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki. Şəxs ilə Gürcüstan Respublikasında fəaliyyət göstərən QOQ “Sando” şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli 611 nömrəli müqaviləyə istinadən xx.xx.2023-cü il tarixli **********4069 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********4408 sorğu nömrəli. xx.xx.2023-cü il tarixli **********4466 sorğu nömrəli. xx.xx.2023- cü il tarixli **********4514 sorğu nömrəli. xx.xx.2023-cü il tarixli **********4717 sorğu nömrəli, 20 dekabr 2023-cü il tarixli **********4726 sorğu nömrəli gömrük bəyannamələri üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 10886.40 (on min səkkiz yüz səksən altı dollar.qırx sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti müvəkkil bankın hesabına köçürülməmişdir. İs materiallarına əlavə edilmiş Mərkəzi Bankın rəsmi internet səhifəsinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən 1 (bir) ABŞ dollarının Azərbaycan manatına qarsı rəsmi məzənnəsinin 1,70 manat olması müəyyən edilmişdir. 1 (bir) ABŞ dollarının Azərbaycan manatına qarsı məzənnəsinin 1,70 manat olmasını nəzərə alaraq 10886,40 ABŞ dolları milli valyutaya nisbətdə 18506.88 (on səkkiz min beş yüz altı manat, səksən səkkiz qəpik) AZN təşkil etdiyi müəyyən edilmişdir. Faktla bağlı araşdırma zamanı, Şəxs MMCdə hüquqşünas X3 izahatını aldım. X5 öz izahatında bildirdi ki, Şəxs ilə Gürcüstan Respublikasında fəaliyyət göstərən QOQ “Sando” şirkəti arasında bağlanmış xx.xx.2022ci il tarixli 611 nömrəli müqaviləyə istinadən xx.xx.2023-cü il tarixli **********4069 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********4408 sorğu nömrəli. xx.xx.2023- cü il tarixli **********4466 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********4514 sorğu nömrəli, 20 dekabr 2023-cü il tarixli **********4717 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********4726 sorğu nömrəli gömrük bəyannamələri üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 10886.40 (on min səkkiz yüz səksən altı dollar,qırx sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti müvəkkil bankın hesabına köçürülməmişdir. Nəticədə hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta faktı törədilmişdir. Bu fakt: xx.xx.2024-cü il tarixli 3-33-1800/012-000724 nömrəli raport, xəbərdarlıq-bildiriş məktubları, DGK VAİS-dən çıxarış-hesabatlar, xx.xx.2023-cü il tarixli **********4069 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********4408 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********4466 sorğu nömrəli. xx.xx.2023-cü il tarixli **********4514 sorğu nömrəli. xx.xx.2023- cü il tarixli **********4717 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********4726 sorğu nömrəli gömrük bəyannamələri xx.xx.2022-ci il tarixli 611 nömrəli alqı-satqı müqavilələrlə və isdə olan digər sənədlərlə tam təsdiq olunur.İnzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitədən istifadə olunmamışdır. İnzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər - heç bir maddi və ya mənəvi zərər yetirilməmişdir. Məhkəmə iclasına inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də məhkəmə protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Şəxs MMC-nin nümayəndəsi X5 izahatında göstərmişdir ki, tərtib olunmuş protokolla razı deyil. Belə ki, MMC-nin müvəkkil Bank hesabı "xxxx" QSC-də açılmışdır və bəyannamələrdə adı qeyd olunan bank göstərilmişdir. Şəxs ilə Gürcüstan Respublikasında fəaliyyət göstərən QOQ “Sando” şirkəti arasında bağlanmış xx.xx.2022ci il tarixli 611 nömrəli müqaviləyə istinadən xx.xx.2023-cü il tarixli **********4069 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********4408 sorğu nömrəli. xx.xx.2023-cü il tarixli **********4466 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********4514 sorğu nömrəli. xx.xx.2023-cü il tarixli **********4717 sorqu nömrəli, xx.xx.2023-cü il tarixli **********4726 sorqu nömrəli gömrük bəyannamələri üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 10886.40 (on min səkkiz yüz səksən altı dollar,qırx sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti müvəkkil bankın hesabına köçürülməmişdir. Qarsı tərəflə bağlı iddia ərizəsi ilə məhkəməyə şikayət etmişlər, hazırda Sumqayıt Kommersiya Məhkəməsində is icraatdadır, Sando şirkəti də onlara qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, həmin iddialara Sumqayıt Kommersiya Məhkəməsində baxılacaqdır, lakin sözügedən məsələ ilə bağlı yekun qərar qəbul edilməmişdir. Qeyd edir ki, Şəxs MMC- nin bu məsələdə heç bir təqsiri yoxdur. Çünki Sando şirkəti öz öhdəliyini pozmuşdur. Bununla bağlı üzləşdirmə aktı da var. Odur ki, barələrində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İşdə olan 05 iyul 2024-cü il tarixli raportdan görünür ki, Dövlət Gömrük Komitəsinin X2 sistemində banklarla gömrük orqanları Şəxs MMC tərəfindən rəsmiləşdirilən **********4069, **********4408, **********4434, **********4466, **********4514 **********4717 və **********4726 sorğu nömrəli gömrük bəyannamələri üzrə (GB) 10886,40 ABŞ dolları məbləğində olan vəsait sözügedən hesabatda bu günədək öz əksini tapmamışdır. İşdə olan 25 may 2024-cü il və 29 may 2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, Şəxs MMC-yə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə dair xəbərdarlıq olunmuşdur. İşdə olan 03 iyul 2024-cü il tarixli X2 sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs ilə Gürcüstan Respublikasında fəaliyyət göstərən OOO “Sando” şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli 611 nömrəli müqaviləyə istinadən xx.xx.2023-cü il tarixli **********4069 sorğu nömrəli, 21 dekabr 2023cü il tarixli **********4408 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********4466 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********4514 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********4717 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********4726 sorğu nömrəli gömrük bəyannamələri üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 10886.40 (on min səkkiz yüz səksən altı dollar, qırx sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti müvəkkil bankın hesabına köçürülməmişdir. X2 Sistemi - hesabat və təhlillər Forma 3.9.2.1 - alğı-satqı və konsiqnasiya üzrə hesabat bölməsi informasiya resursuna həyata keçirilmiş baxış zamanı müəyyən olundu ki, Şəxs MMC tərəfindən alğı-satqı yolu ilə xx.xx.2024-cü il tarixində ümumilikdə 7 (yeddi) gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində cəmi 10886.40 (on min səkkiz yüz səksən altı dollar, qırx sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti Şəxs MMC- nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. İşdə olan 03 iyul 2024-cü il tarixli gömrük xidmətinin X2 sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, ’’Fortis Group” MMC xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN əsasında hüquqi şəxs kimi qeydiyyata alınmışdır, rəhbəri X4r, fəaliyyəti hal-hazırda aktivdir. Şəxs MMC tərəfindən Saldo MMC-yə ünvanlanmış 15 mart 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, 29 dekabr 2022-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Saldo MMC-dən 250718,85 ABŞ dollarının ödənilməsi tələb edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 30 aprel 2024-cü il tarixli qərardadından görünür ki, Şəxs MMC-nin Sando MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində protokol tərtib olunan hüquqi şəxsin nümayəndəsinin izahatını iş materiallarında olan raport və müvafiq mötəbər sübutlarla təkzib olunduğundan əsaslı və inandırıcı hesab etmir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki, barəsində protokol tərtib olunan hüquqi şəxsin nümayəndəsinin izahatında vurğuladığı hallarla bağlı qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı mövcud deyildir, həmçinin Sando MMC-də üzərinə düşən öhdəliyi yerinə yetirdiyini bildirərək Şəxs MMC-yə qarşı qarşılıqlı iddia qaldırması nümayəndə tərəfindən təqdim edilmiş Sando MMC-nin Şəxs MMC-yə 250718,85 ABŞ dollarını ödəməməsi barədə aktın sürətini mötəbər sübut kimi qəbul edilməsini istisna edir. Ona görə də məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, iş materiallarında olan sübutları və hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizi – 3265,92 ABŞ dolları (üç min iki yüz altmış beş ABŞ dolları doxsan iki sent) məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1448/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1448/2024
05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver