Məhkəmə qərarları › İş №3(012)-1449/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1449/2021

14.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1449/2021 14.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası DİN Baş DYPİ-nin 24.09.2021-ci il tarixli EQ 7864948, EQ 7864946, EQ 7864947, EQ 7864949, EQ 7864945, EQ 786 4944, EQ 7864942, EQ 7864941, EQ 7864940, EQ 7864939, EQ 7864938, EQ 7864937, EQ 7864936, EQ 7864935, EQ 7864934, EQ 7864932, EQ 7864933, EQ 7864931, EQ 7864930; 24.05.2021-ci il tarixli BNA 1507928, BNA 1507927, 15.07.20121-ci il tarixli BNA 1607310, 23.07.2021-ci il tarixli BNA 1619220, 30.07.2021-ci il tarixli BNA ******* saylı inzibati tənbehvermə haqqında qərarlarından verilmiş barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5 Azərbaycan Respublikası DİN Baş DYPİ-nin 24 sayda qərarlarından şikayət verərək həmin 24.09.2021-ci il tarixli EQ 7864948, EQ 7864946, EQ 7864947, EQ 7864949, EQ 7864945, EQ 786 4944, EQ 7864942, EQ 7864941, EQ 7864940, EQ 7864939, EQ 7864938, EQ 7864937, EQ 7864936, EQ 7864935, EQ 7864934, EQ 7864932, EQ 7864933, EQ 7864931, EQ 7864930; 24.05.2021-ci il tarixli BNA 1507928, BNA 1507927, 15.07.20121-ci il tarixli BNA 1607310, 23.07.2021-ci il tarixli BNA 1619220, 30.07.2021-ci il tarixli BNA ******* saylı inzibati tənbehvermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, X4 ilə onun arasında Namiqin öz imzası və yazısı ilə yazılmış müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əəsasən o, Daewoo Gentra minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili hər ay yeniləmək şərti ilə etibarnamə ilə sürməyə etibar etmiş. Namiq Qasımov da həmin avtomobili idarə etdiyi üçün günlük 25 manat məbləğində pul ödəməli idi. Aralarında olan razılıq müqaviləsinə əsasən də Namiq Qasımov avtomobilə dəymiş ziyana görə (avtoqəza və s. ) xərci öz üzərinə götürmüşdür. X1 öz üzərinə götürüyü öhdəliyi yerinə yetirmədiyi üçün o, hazırda külli miqdarda cərimə ilə yüklü edilmiş, X4 avtomobili idarə etdiyi müddətlərdə çoxlu qayda pozuntularına yol verdiyi üçün yuxarıda qeyd etdiyi tarixlərdə inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Həmin qərarlar X2 adına tərtib edilsə də, o törətdiyi inzibati işlərə görə cərimə pullarını ödəmək niyyətində deyil. Hazırda avtomobil onun istifadəsindədir. Bir sözlə avtomobili cərimələrə görə idarə edə bilmir. O, həmin protokol və qərarlardan yeni xəbəri olduğu üçün vaxtında Namiqə pulları ödəməsini tələb edə bilməmiş. Namiq avtomobili ona təhvil verdikdən sonra onun bu qərarlardan xəbəri olmuşdur. X4 ilə mobil telefon vasitəsi ilə də əlaqə saxlamağa çalışsa da, onun zənglərinə belə cavab vermir. Bir sözlə törətdiyi inzibati xətalara görə cərimə pullarını ödəmək istəmir. O, cərimə pullarına görə avtomobilimi idarə edə bilmir. Sonda o, Azərbaycan Respublikası DİN Baş DYPİ-nin 24.09.2021-ci il tarixli EQ 7864948, EQ 7864946, EQ 7864947, EQ 7864949, EQ 7864945, EQ 786 4944, EQ 7864942, EQ 7864941, EQ 7864940, EQ 7864939, EQ 7864938, EQ 7864937, EQ 7864936, EQ 7864935, EQ 7864934, EQ 7864932, EQ 7864933, EQ 7864931, EQ 7864930; 24.05.2021-ci il tarixli BNA 1507928, BNA 1507927, 15.07.20121-ci il tarixli BNA 1607310, 23.07.2021-ci il tarixli BNA 1619220, 30.07.2021-ci il tarixli BNA ******* saylı inzibati tənbehvermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. İşin baxılan zaman müəyyən edilmişdir ki, inzibati xəta hadisələri Respublikanın və Bakı şəhərinin müxtəlif ərazilərində törədilmişdir. X5 Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 195, mənzil 21-də qeydiyyatda olsada, faktiki Abşeron rayonu, Xırdalan şəhəri, Qalibiyyə küçəsi ev 6 yaşadığını göstərmiş, lakin orada yaşamasını təsdiq edən sənədi və onun şikayətinə yaşayış yeri üzrə baxılmasına dair vəsatəti şikayətə əlavə edilməmişdir. Həmçinin müəyyən edildi ki, X3 şikayət etdiyi Azərbaycan Respublikası DİN Baş DYPİnin iyirmi dörd ədəd inzibati tənbehvermə haqqında bir ərizədə şikayət verilmişdir, halbuki həmin inzibati tənbehvermə haqqında qərarlar Respublikanın və Bakı şəhərinin müxtəlif ərazilərində törədilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 inzibati məsuliyyətə cəlb olunmasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası DİN Baş DYPİ-nin iyirmi dörd ədəd inzibati tənbehvermə haqqında qərarlarından verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : X3 Azərbaycan Respublikası DİN Baş DYPİ-nin 24.09.2021-ci il tarixli EQ 7864948, EQ 7864946, EQ 7864947, EQ 7864949, EQ 7864945, EQ 786 4944, EQ 7864942, EQ 7864941, EQ 7864940, EQ 7864939, EQ 7864938, EQ 7864937, EQ 7864936, EQ 7864935, EQ 7864934, EQ 7864932, EQ 7864933, EQ 7864931, EQ 7864930; 24.05.2021-ci il tarixli BNA 1507928, BNA 1507927, 15.07.20121-ci il tarixli BNA 1607310, 23.07.2021-ci il tarixli BNA 1619220, 30.07.2021-ci il tarixli BNA ******* saylı iyirmi dörd ədəd inzibati tənbehvermə haqqında qərarlarından verdiyi şikayət rədd edilsin. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar