Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-145/2020 23.01.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, tələbkar X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokollarda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, cavabdeh Şəxs xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2015ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin iddiaçı X6 xeyrinə ödənilməsinə, alimentin tutulmasının xx xxxxxx 2018-ci il tarixdən hesablanmasına dair Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2148/2018 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi Şəxs tərəfindən icra edilməmişdir. Hal-hazırda borclunun 5760 manat aliment borcu vardır. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 bildirdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2148/2018 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuş, borcluya bildiriş göndərilmiş, borclunun bank əmanətlərin olubolmamasına, pensiya alıb-almamasına, adına daşınmaz əmlakın olub-olmamasına, vergi ödəyicisi kimi qeydiyyata alınıb alınmamasına dair müvafiq idarələrə edilmiş sorğulara alınmış cavablarda Şəxs adına əmanət hesabının, daşınmaz əmlakın olmaması, onun pensiya almaması, vergi ödəyicisi kimi qeydiyyata alınmaması müəyyən edilmişdir. Şəxs izahatı alınmış, borclu borcu ödəyə bilmədiyini bildirmişdir. Bununla da borcunu ödəməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iddianı qəbul etmədiyini, iddiaçıya ödənişlər etdiyini, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 2500 manat ödəniş etdiyini və işə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X1 Kamran Cahangir oğlundan borc məbləğinin tam şəkildə ödənilməsini tələb etdiyini bildirdi. İş materiallarına əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 2148/2018 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin iddiaçı X6 xeyrinə ödənilməsi, alimentin tutulmasının xx xxxxxx 2018-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq qətnaməyə dair iş üzrə icraata başlanılmışdır. İş materiallarında olan məktublardan görünür ki, Şəxs adına heç bir əmanət hesabı, daşınmaz əmlak aşkar edilməmiş, pensiya alan şəxs və vergi ödəyicisi kimi qeydiyyatda yoxdur. İş materiallarında olan Şəxs tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qəbzlərin surətindən görünür ki, Şəxs tərəfindən X4 xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 2500 manat ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXMnin 3cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXMnin 8.1 ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarr ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXMnin 8.3cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs izahatından, məhkəmə iclası zamanı təqdim etdiyi xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qəbzlərin surətindən qətnaməni üzrsüz səbəbdən icra etməməsi görünmür. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi onun inzibati məsuliyyətə cəlb olunması üçün hələ əsas deyil. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, materialda belə bir xüsusata rast gəlinmir. Belə olan halda, Şəxs icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-145/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-145/2020
23.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver